Valyuta.com



   



Bakı. 28 fevral. Xəzərİnfo. Maqazin. Xalq artisti Brilliant Dadaşova “Top kimi şou”da hər kəsi təəccübləndirib. 

Xəzərİnfo TV Axşam.az-a istinadən xəbər verir ki, müğənni verilişdə qonaq olan aparıcı Cavid Gülü tanımadığını deyib: 

“O oğlan nə işlə məşğuldur? Aparıcıdır? Tanımıram. Zarafatsız, hansı verilişi aparır?”, - xalq artisti təəccüblə soruşub.

Cavid isə “Hələ nə yaşım var, eybi yox. Veriliş başlayanda nömrənizi götürüb zəng edəcəyəm, mənə baxarsınız”, - deyə cavab verib.

Aktyor, verilişin aparıcısı Fərda Xudaverdiyev Cavidin “Kimdir nömrə 1?” yarışmasının aparıcısı olduğunu xatırladıb.

B.Dadaşova həmin verilişdə müğənni Emil Bədəlovla duet oxuduğunu, buna baxmayaraq, Cavidi orada görmədiyini bildirib.

XƏZƏRİNFO TV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.06.2019
  • 25.06.2019
  • 24.06.2019
  • 23.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv