Valyuta.com



   



Türkmənistanda Yeni ilin ilk günündə maye yanacağın qiyməti rekord səviyyədə, yəni 60 faiz dəyərində bahalaşıb. 

Xəzərİnfo-nun Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu vaxta qədər bu ölkə maye yanacağın ən ucuz satıldığı ölkələrdən biri sayılıb.

Əgər bu günə qədər benzinin litri 62 təngəyə (22 sent) satılırdısa, bu gün səhər saatlarından etibarən bu qiymət 1 türkmən manatına (35 sent) yüksəlib.

Türkmənistanın keçmiş prezidenti Saparmurad Türkmənbaşının  dövründə benzin 2 sentə satılırdı və vətəndaşlar 1 dollar ödəməklə avtomobillərinin benzin qablarını tam doldura bilirdilər. Bu prosesə 2014-cü ilin iyun ayında son verilib. 

Bu baş verən bahalaşmaya baxmayaraq, Türkmənistan maye yanacağın ən ucuz satıldığı ölkələr sırasında gedir. Bu ölkədə təbii qaz, elektrik və su vətəndaşlara müəyyən həddə qədər pulsuz verilir.

Xatırladaq ki, 2013-cü ildə xüsusi əhəmiyyətə malik təbii qaz ehtiyatlarına sahib olan Türkmənistanda 260 min barelə yaxın neft istehsal olunub. 

Ömər VƏZİRLİ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv