Valyuta.com



   



Pan Gi-Mun İŞİD terror qruplaşması tərəfindən İraqda mədəni irs obyektlərinin dağıdılmağının davam etdirilməyindən şokdadır

Bakı, 9 mart, Xəzərİnfo. Dünya. BMT baş katibi Pan Gi Mun beynəlxalq ictimaiyyətdən İraqda tarixi və mədəni dəyərləri dağıdan terrorçuların fəaliyyətinə dərhal son qoymağı tələb edib.

Xəzərİnfo SalamNews-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya təşkilatının mətbuat xidmətindən məlumat verilib.

Məlumatda, baş katibin İŞİD terror qruplaşması tərəfindən İraqda mədəni irs obyektlərinin dağıdılmağının davam etdirilməyindən şokda olduöu bildirilir“Baş katib beynəlxalq ictimaiyyəti oxşar terror fəaliyyətinə mümkün qədər tez son qoymağa və BMT Təhlükəsizlik Şurasının 2170 və 2199 saylı qətnamələrinin tələb etdiyi kimi, mədəniyyət artifaktlarının qaçaqmalçılığına qarşı çıxmağa çağırır. O, ümumi mədəni irsin məqsədli məhvinin hərbi cinayət olduğunu və bu işdə günahkar olanların məsuliyyətə cəlb edilməli olduqlarını bildirir".

Bildirək ki, ötən gün İŞİD silahlıları İraqın şimalında yerləşən Horsabad şəhərinin yaxınlığındakı qədim Dur-Şarrukin şəhərinin artifaktlarını dağıdıb və qarət ediblər.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv