Valyuta.com



   



Bakı, 12 mart, Xəzərİnfo TV . Hərbi. Ötən gün şəhid olan müddətdən artıq hərbi qulluqçu Anar Atayev Ağcabədinin Minəxorlu kəndində torpağa tapşırılıb. 
 
Xəzərİnfo TV ANS TV-yə istinadən xəbər verir ki, şəhidin vida mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimayəti, əsgər yoldaşları da iştirak edib. Havaya yaylım atəşi açılıb. 24 yaşlı Anar Atayev öz doğum günündə şəhid olub. 
 
Şəhidin atası Mamed Atayev qeyd edib oğlunun həmişə cəbhədən yaxşı sədaları gəlib. "Amma nədənsə belə oldu. Qismət. Vətən sağ olsun!" 
 
Qeyd edək ki, martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. 
 
Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.
 
Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Atayev Anar Mamed oğlu şəhid olub.
 
Allah rəhmət eləsin!
 
XƏZƏRİNFO TV
 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    22.07.2019
  • 21.07.2019
  • 20.07.2019
  • 19.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv