Bakı, 30 mart, Xəzərİnfo. Qazaxıstan.
Qazaxıstanın “Sahil mühafizəsi” Regional İdarəsinin sərhədçiləri 4 azərbaycanlı brakonyeri saxlayıblar. Onlar “Bayda” tipli qayıqla brakonyerlik fəaliyyəti ilə məşğul olublar.
Xəzərİnfo Oxu.az-a istinadən xəbər verir ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd xidmətinin məlumatına əsasən, brakonyerlər Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinə məxsus “Taraz” gəmisində olan sərhədçi heyətin tələbinə reaksiya verməyərək sürəti artırıb və Qazaxıstanın daxili sularından qaçmağa çalışıblar.
Havaya 2 xəbərdarlıq atəşi açılıb, brakonyerlər təslim olublar. Silah tətbiqi zamanı xəsarət alan olmayıb. Qayığa baxış zamanı ümumilikdə çəkisi 946 kq olan kallada ilə dolu 25 qutu və 240 ədəd nərə balığı aşkar edilib.
Saxlanılma ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırma aparılır.
XƏZƏRİNFO.AZ
- "Xəzər beşliyi" ölkələri yeni görüşlər seriyası hazırlayır - Qazaxıstan XİN
- Azərbaycan və Qazaxıstan ticarət-iqtisadi sahədə təmas nöqtəsi axtarırlar - Nursultan Nazarbayev
- Nursultan Nazarbayev yenidən prezident seçilib
- Qazaxıstandakı prezident seçkilərində 70 faizə yaxın seçici səs verib
- Qazaxıstanda Azərbaycanın neft strategiyası müzakirə olunacaq
- Nursultan Nazarbayev prezidentliyə namizəd oldu
- Diaspor sədri Ermənistan bayrağını zibil qutusuna atıb
- Qazaxıstan Azərbaycan neftindən imtina etdi (VİDEO)
- Qazaxıstan bu il Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında saziş imzalayacaq
- Qazaxıstanda latın əlifbasına keçidlə bağlı tarixi qərar
- Qazaxıstan mediası azərbaycanlı jurnalistlərin təşəbbüsündən yazdı
- Qazaxıstan Rusiyaya qarşı qadağa tətbiq edəcək
- NATO Qazaxıstan üçün hərəkətə keçdi
- Avrasiya İqtisadi Birliyi yanvarın 1-dən fəaliyyətə başladı