Valyuta.com



   



Bakı, 31 mart, Xəzərİnfo. Maqazin. Bir çox layihənin müəllifi Ruhi Əliyeva efirdən uzaqlaşmağının səbəbini açıqlayıb.
 
Xəzərİnfo xəbər verir ki, axşam.az-ın əməkdaşı ilə söhbətində o, ATV-də yayımlanan “DəbSiz” verilişinin bağlanmasından danışıb:
 
“Layihə əvvəl mənə asan gəlirdi. Amma istədiyim nəticəni əldə edə bilmədim. Bizim xanımlar bu cür layihələrə hazır deyil. Başa düşdüm ki, Azərbaycan üçün belə veriliş hələ tezdir. Bunun üçün ilk növbədə böyük komanda lazım idi. Biz kiçik komanda idik və layihəni bacardığımız qədər uğurlu alındırdıq. Mən daha da güclüsünü istəyirəm. Bundan əvvəlki layihələrim daha maraqlı oldu. Orada dinamika, həyəcan var idi. "DəbSiz"in o cür olmadığını görüb, dərhal bağladım. İki güclü layihəm var. Sentyabrda onlardan birini reallaşdıracam: biri dəblə bağlıdır, digəri isə fərqlidir. Heç bir dünyaca məşhur layihənin bənzəri deyil, öz ideyamdır”.
 
R.Əliyeva öz geyim tərzindən və yaxınlarına verdiyi məsləhətlərdən də danışıb: “Dəbi bilən bir xanım kimi ətrafımdakı insanlara hər zaman məsləhətlər vermişəm. Ətrafım deyərkən, şou-biznesi nəzərdə tutmuram. Rəfiqələrim, qohumlarım arasında geyimlərinə münasibət bildirdiklərim var. Hətta elə olub ki, yanımdakı xanımın paltarını soyundurub, başqa libas geyindirmişəm. Demişəm ki, mən səni bu stildə görmək istəyirəm. Hərdən özüm də stilistlərdən məsləhət alıram. Həcc ziyarətinə getdikdən sonra geyim tərzimdə dəyişiklik etdim, daha qapalı libaslara üstünlük verdim. Amma modelyer Afa xanım geyim tərzimdə yenilik etdi. Əvvəl ancaq şalvar seçirdim, indi qələm ətəklərə üstünlük verirəm”.
 
XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv