Valyuta.com



   



Bakı, 4 aprel,  XəzərİnfoTV. Dünya. Yəmənin cənubunda yerləşən strateji əhəmiyyətli Ədən şəhərinin mərkəzini ələ keçiriən husilər və ordu qüvvələrinə Səudiyyə Ərəbistanı və müttəfiqləri tərəfindən hava zərbələri endirilib.

 XəzərİnfoTV-nın SalamNews-a istinadla verdiyi xəbərə görə, bundan sonra husilər Ədəni, respublika sarayı və onun ətrafını tərk etməli olublar.

Ötən gün Səudiyyə Ərəbistanı və müttəfiqləri Ədəndə prezident Abdu-Rabbih Mansur Hadi tərəfdarlarına havadan hərbi ləvazimatlar və digər yardımlar atıb.

Hazırda Ədəndə döyüşlər davam edir.

Yəmənin digər bölgələri də hava zərbələrinə məruz qalıb. Paytaxt Sananın qərbində bir kəndə endirilən aviazərbədə yeddi mülki şəxs həlak olub.

Səudiyyə Ərəbistanı-Yəmən sərhədində yerləşən Əsir bölgəsində gedən atışma zamanı Səudiyyə Ərəbistanının iki hərbçisi ölüb.

Rəsmi ər-Riyadın Yəmənə hücumunun başlamağından ilk dəfə olaraq, BMT Təhlükəsizlik Şurası hərəkətə keçmək istəyib. Rusiyanın təşəbbüsü ilə Şurada Yəmənə hücumun dayandırılmağı və bu ölkəyə humanitar yardımların çatdırılmağı məsələsi müzakirə olunacaq.

 XəzərİnfoTV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    22.07.2019
  • 21.07.2019
  • 20.07.2019
  • 19.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv