Valyuta.com



   



Bakı, 25 aprel, XəzərİnfoQazaxıstan. Prezident seçkilərində yerli vaxtla 14:00-ə əsasən seçicilərin 68,48 faizi səsvermədə iştirak edib.
 
Xəzərİnfo Musavat.com-a istinadən xəbər verir ki bunu Qazaxıstan Mərkəzi Seçki Komissiyasında deyiblər. 
 
Qeyd edək ki, prezident postuna 3 namizəd var. Onlardan biri hazırki prezident Nursultan Nazarbayev, digərləri isə Komunist Xalq partiyasının katibi Turqun Sızdıkov və Qazaxıstan Həmkarlar Federasiyasının rəhbəri Abelqazi Kusainov.
 
Qazaxıstanda 17,4 milyondan çox insan yaşayır. Onların yarısından çoxunun səs vermək hüququ var. Növbədənkənar Qazaxıstan prezidenti seçkiləri üçün hazırlanmış seçki bülletenlərinin sayı 9,6 milyon ədəddən artıqdır.
 
Seçkilərə hazırlığın və keçirilməsinin monitorinqi ilə 858 beynəlxalq müşahidəçi məşğul olur. Onlardan 293-ü ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, 410-u MDB missiyasının, 10-u Şanxay Əməkdaşlıq Təşkilatı missiyasının, 15-i Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, 11-i Türkdilli Dövlətlərin Parlament Assambleyasının, 3-ü İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi, 116-ı isə 37 dövlətin müşahidəçisidir.
 
XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv