Valyuta.com



   



Bakı, 28 aprel, XəzərİnfoRusiya. Prezident Vladimir Putin SSRİ-nin dağılması ilə bağlı öz versiyasını açıqlayıb. Putin deyib ki, bütün sabiq SSRİ respublikaları Rusiya dövlətinin ərazisidir.
 
Xəzərİnfo Avropa.info-ya istinadən xəbər verir ki, o, bu haqda “Rossiya” kanalında göstərilən təbliğat filmində danışıb. 
 
Vladimir Putin: “Bizim hər birimizin illüziyamız vardı ki, SSRİ-nin çöküşündən sonra Rusiya könüllü olaraq öz ərazilərinin itirilməsi hesabına tarixi məhdudiyyətlərəə gedəcək, istehsal gücündən imtina edəcək və s. Bizə elə gəlirdi ki, SSRİ-ni mədəni dünyadan ayıran kommunist ideologiyasından imtina ilə zəncirlər qırılaraq düşəcək, azadlıq bizi qapıda qarşılayacaq, qardaşlarımız isə qılıncını bizə verəcək”.
 
Putin şikayətlənib ki, Qərb Rusiyaya nəinki qılınc verdi, hətta SSRİ-nin olan-qalan gücünü də alıb apardı. 
 
XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv