Valyuta.com



   



Bakı, 6 may, XəzərİnfoTV. Hadisələr. Bakıda növbəti sevgi cinayətinin üstü açılıb. 
 
XəzərİnfoTV Region TV-yə istinadən xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Nərgiz Babayevanın 40 yaşlı keçmiş sevgilisi Lətif Babayev tərəfindən bıçaqlandığı məlum olub.
 
Qanlı hadisə mayın 3-də saat 20:00 radələrində baş verib. Nərgiz Babayevanın bıçaqlanması ilə bağlı həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər onunla qeyri-rəsmi nikahda yaşayan Sabirabad rayon sakini, Lətif Babayev tutulub. Məlum olub ki, Lətif Babayevin Nərgiz Babayeva ilə mübahisəsi qanlı sonluqla bitib. Bıçaq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb, vəziyyəti normal qiymətləndirilir. Hadisəni törədən Lətif Babayev əməlini qısqanclıqla əlaqələndirib.
 
Lətif Babayev istintaqa bildirib ki, mübahisəyə onun Nərgizlə qeyri-rəsmi nikahdan olan 3 yaşlı övladının uşaq evinə verilməsi səbəb olub. Nərgiz Babayeva bu addımı atan zaman uşağın atası ilə məsləhətləşməyib.
 
Lətif Babayevin keçmiş sevgilisini niyə bıçaqladığı araşdırmaların yekununda məlum olacaq.
 
XƏZƏRİNFO TV
 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    19.06.2019
  • 18.06.2019
  • 17.06.2019
  • 16.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv