Valyuta.com



   



Bakı, 11 may,  XəzərİnfoTV, Maqazin. Əməkdar artist Vəfa Zeynalova son vaxtlar çəkilən komediya filmlərini bəyənmir.

 XəzərİnfoTV-nın Axşam.az-a istinadla verdiyi məlumata görə, aktrisa "Onlar"a açıqlamasında ssenaristləri qınayıb:

"Yoruldum bayağı sözlərdən, hərəkətlərdən. Bir neçə filmdə bunu gördüm. Bunlar komediya yox, bayağılıqdır. Ləhcədən istifadə etmək normaldır. Amma yerində. Bütün filmi ləhcə ilə ərsəyə gətirmək olmaz. Bu özü gülünclükdür. Buna baxa, qəbul edə bilmirəm. Ən birinci səhv ssenaristdədir. Sonra isə rejissor və aktyoru qınamalıyıq. Gözəl aktyorlarımız, rejissorlarımız var. Bədbəxtçiliyimiz odur ki, hərə öz işi ilə məşğul olmur. Hərə öz işini görsə, mükəmməl olar. Çox xırda büdcə ilə onlar bu işləri ərsəyə gətirirlər. Ona görə də müəyyən mənfi cəhətlərə göz yummaq olar. Danışıqlarında belə qüsurlar görürsən. Böyük problemdir. Bunu böyük ekrana gətiririk". 

Aktrisa son vaxtlar filmlərə çəkilməməyinin səbəblərini də açıqlayıb:

"Məni qane edən iş olmadığı üçün filmə çəkilmirəm. İki prinsiplə işləyirəm: ya yaradıcı heyət o qədər gözəl olmalıdır ki, mən göz yummalıyam çəkilməliyəm. Amma əgər "xaltura" edəcəmsə, adi bir ssenariyə çəkiləcəmsə, bunun qarşılığında yüksək qonorar istəyirəm".

 XəzərİnfoTV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.06.2019
  • 25.06.2019
  • 24.06.2019
  • 23.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv