Valyuta.com



   



Bakı, 13 may, XəzərİnfoTV. Maqazin. Tanınmış cazibədar müğənni Afaq Aslanın yeni mahnısı işıq üzü görüb.

Bunu XəzərİnfoTV-ya eksklüziv açıqlama verən müğənni bildirib ki, "Möhtacam sevginə" adlanan mahnının sözləri və musiqisi Nurlan Təhməzliyə, oranjirovkası Fərahimə aiddir.

Müğənni, tezliklə mahnıya klip də çəkdirəcəyini deyib.

Qeyd edək ki, Afaq Aslan hər zaman açıq-saçıq fotosessiyaları və qalmaqalları ilə gündəmdə qalmağı bacaran müğənnilərdəndir.  

Müğənni bu mahnını sevgidə bəxti gətirməyənlər və sevgiyə möhtac olanlar üçün oxuduğu qeyd edib.

Bildirək ki, sənətçinin tezliklə yeni fotosessiyası da Xəzərİnfo vasitəsi ilə sevənlərinə təqdim olunacaq.

XəzərİnfoTV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.06.2019
  • 25.06.2019
  • 24.06.2019
  • 23.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv