Valyuta.com



   



Bakı, 23 iyun, XəzərİnfoTV, Region. İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

XəzərİnfoTV ATV-yə istinadən xəbər verir ki, paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirlər.

İrəvan polisinin rəis müavini Valeri Osipyan prezidentlə görüşmək üçün tədbir iştirakçılarına 3 nəfərlik qrup yaratmağa təklif edib, lakin etirazçılar razılaşmayıb.

Ermənistan polisinin mətbuat xidmətindən bildiriblər ki, asayiş keşikçilərinə müqavimət göstərildiyi halda aksiya dağıdılacaq.  

Oturaq aksiya artıq 3 saatdır ki, davam edir. Son məlumatlara görə, aksiyaya Ermənistanın bölgələrindən gələnlər qoşulurlar. Hazırda İrəvana giriş yollarının bağlandığı bildirilir. 

XƏZƏRİNFO TV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    24.05.2019
  • 23.05.2019
  • 22.05.2019
  • 21.05.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv