Valyuta.com



   



Bakı, 4 iyul, XəzərİnfoTV, Region. Rusiya Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovski ölkənin Baş Prokurorluğunun Baltikyanı dövlətlər Latviya, Litva və Estoniyanın müstəqilliyinin tanınmasının qanuniliyinə dair araşdırmalara başlamasından məmnunluğunu ifadə edib.

XəzərİnfoTV Ans TV-yə istinadən xəbər verir ki, məsələni şərh edən Jirinovski SSRİ konstitusiyasında ölkənin süqutunun nəzərdə tutulmadığını əsas gətirərək postsovet ölkələrinin yalnız referendum vasitəsi ilə müstəqillik əldə edə bilmələrini iddia edib. Onun sözlrinə görə elə məhz bu səbəbdən 1991-ci ilin dekabrında SSRİ-nın ləğv edilməsi barədə Rusiya, Belarus və Ukrayna tərəfindən imzalanan Belovej sazişi qanunsuzdur. 

Bu hadisədən 5 il sonra Rusiya dövlət duması sazişin ratifikasiyasından imtina edib. İndi Jirinovski də düşünür ki, sənəd ölkənin qanunverici orqanı tərəfindən təsdiqlənməyibsə, deməli MDB ölkələri də, Baltikyanı ölkələr də yoxdur.

V.Jirinovski: "Post-sovet ölkələrinin ordusu olmamalıdır"

Çıxışında Rusiyanın müdafiə sənayesinin gücləndirməsinə münasibət bildirən Vladimir Jirinovski, Rusiya bayrağının yaxın zamanlarda Baltikyanı ölkələrin paytaxtları Vilnus, Riqa və Tallin üzərində dalğalanacağını bildirərək bütün post-sovet ölkələrinin Rusiyanın milli maraqları dairəsində olduğunu vurğulayıb."Bu ərazidə olanlar isə işğalçılardır", Jirinovski belə düşünür: ”Heç bir Estoniya, Latviya, Litva, xüsusən də Ukrayna ordusu ola bilməz. Hər yerdə yalnız bir ordu ola bilər - Rusiya ordusu”.

Estoniya,Latviya və Litvanın dövlət bayrağları

Jirinovski dediyi bu sözləri ilə Rusiyanın post-sovet məkanında apardığı siyasətin imperiya yönümlü olması yenidən gündəmə gəlir. Düzdür, bu insanın bir çox qeyri adekvat davranışları, onun adının dəfələrlə qalmaqallarda hallanması, qeyri etik hərəkətləri onun psixi cəhətdən tam normal olmaması və sözlərinin ciddiyə alınmamasından xəbər verir.

V.Jirinovski dəvət olunduğu verilişdə dava salır

V.Jirinovski Rusiya Dövlət Dumasında əsəblərinə hakim ola bilmir.

Lakin maraqlı fakt budur ki, bu, siyasətçinin dedikləri gec-tez reallaşır. Jirinovski Rusiya siyasi arenasında çox maraqlı və eyni zamanda əhəmiyyətli fiqurdur. Onun son zamanlar etdiyi açıqlamaların tədricən gerçəkləşməsi bu insanın ölkədə heç də ən son rol oynamamasından xəbər verir.

Hələ 2010-cu ildə Vladimir Jirinovski "Exo Moskvı" radiosuna verdiyi müsahibəndə Ukraynanın yarısının Rusiya tərkibinə keçəcəyi haqda proqnozlar verirdi. 

V.Jirinovskinin "Exo Moskvı" radiosuna müsahibəsi / 09.02.2010

5 il əvvəl Jirinovskinin təsvir etdiyi situasiyanın şahidləri olduq. Ukraynanın 50% olmasa da bu gün ölkə üçün strateji əhəmiyyət daşıyan Krım yarımadası Rusiya Federasiyasının nəzarəti altındadır. "Krımın ilhaqı" ifadəsinin qəbul olunmadığı Rusiyada Baltikyanı dövlətlərin müstəqilliyini şübhə altına alan Baş Prokurorluq elə Krımın da 1954-cü ildə Ukraynaya verilməsini qanunsuz elan edib.

Ümümiyyətlə post-sovet ölkələri mövzusu Jirinovskinin sevimli mövzularındandır. Ukraynada münaqişənin başlanması partiya liderinin fikrini daxili siyasi opponentlərdən özünə çəkib. Jirinovski indi nə vaxtsa ölkəsinə qardaş olan xalq haqda uzun uzadı disskusiyalar apara bilir. O hətta, post-sovet məkanının ən güclü ölkələrindən olan Azərbaycanın adından da Ukraynanı aşağılamaq üçün istifadə edir. Söhbət Vladimir Volfoviçin Rusiya 24 telekanalının studiyasında verdiyi müsahibədən gedir.

V.Jirinovski Azərbaycanı tərifləyir.

Jirinovskinin birdən birə Azərbaycanı tərif yağdırması heç də təsadüfi deyil. O, MDB ölkələri arasında Ukrayna ilə müqayisə üçün digər təqdirəlayiq bir ölkənin adını da çəkə bilərdi, sadəcə ona bu çıxışına görə 100 min dollar verən insanın məhz azərbaycanlı oliqarxın olması, məsələni ölkəmizin xeyrinə həll edib. Yoxsa niyə azərbaycanlıları bir millət kimi tanımayan insan, qəflətən belə gözəl epitetləri onun “Xəzər dənizi yaxınlığında yaşayanlar” adlandırdığı millətin dövlətinə ünvanlansın.

V.Jirinovski azərbaycanlıları təhqir edir.

Politoloq Rasim Musabəyov da Rusiya Dövlət Dumasının vitse–spikerinin danışıqlarına böyük əhəmiyyət verilməsinə qarşıdır. Jirinovskinin son çıxışını ANS PRESS-ə şərh edən Rasim Musabəyov Rusiyanın bütün post-sovet ölkələrini idarəetməsi və ya SSRİ-nin bərpasının mümkünsüz adlandırıb: “Ola bilsin ki, Jirinovski sadəcə Kremldə müşahidə olunan abu-havanı geniş ictimaiyyətə çatdıran bir kəsdir”.

Politoloq, millət vəkili Rasim Musabəyov 

O ki qaldı Baltikyanı ölkələrin müstəqilliyinin qanuni olub-olmamasına,politoloq hesab edir ki, bu ölkələrin NATO-ya üzvlüyü onları bu cür təhdidlərdən sığortalayır. (Latviya, Litva, Estoniya NATO-ya 2004-cü ilin martından üzvdür - red.)

XƏZƏRİNFO TV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    22.07.2019
  • 21.07.2019
  • 20.07.2019
  • 19.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv