Valyuta.com



   



Bakı, 14 iyul, XəzərİnfoTV, Din. İran kinematoqraflarının imam Hüseyn (ə) və onun Kərbəla qiyamı haqqında çəkdikləri səkkiz seriyadan ibarət “Qiyamət günü” bədii filminin təqdimat mərasimi keçirilib.

XəzərİnfoTV-nun SalamNews-a istinadla verdiyi xəbərə görə, təqdimat mərasimində filmin rejissoru Əhməd Rza Dərviş də daxil olmaqla, ölkənin tanınmış kinematoqrafları və rəsmi şəxsləri iştirak ediblər.

Yüksək səviyyəli çəkiliş, səs effektləri və dinamikası ilə fərqlənən filmdə İranın məşhur aktyorları rol alıblar.

Səsləndirmə Almaniya kino studiyasında həyata keçirilib.

Filmin təqdimatı ilə paralel olaraq, bu ekran əsərində imamların yaxud övliyaların simasının ekranlaşdırılmasına etiraz əlaməti kimi, bəzi yerlərdə aksiyalar keçirilib.

Qeyd edək ki, filmin azərbaycan dilinə tərcümə edilməsinə artıq başlanılıb.

XƏZƏRİNFO TV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    24.05.2019
  • 23.05.2019
  • 22.05.2019
  • 21.05.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv