Valyuta.com



   



Bakı, 6 avqust, Xəzərİnfoİran. Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın “İran xalqının dəyərli etibarını qazanmaq” üçün rəsmi Tehranın nüvə proqramının həlli haqqında tarixi anlaşmadan istifadə etməli olduğu qənaətindədir.

Xəzərİnfo SalamNews-a istinadla xəbər verir ki, Məhəmməd Cavad Zərif bununla bağlı ölkəsinin mətbuatıa maraqlı fikirlər səsləndirib.

M.C.Zərif bildirib ki, bundan əvvəlki ABŞ rəhbərliyi yaxşı imkanlardan istifadə etməyib: “Birləşmiş Ştatların aqressiv siyasətindən onillərlə əziyyət çəkən İran xalqının dəyərli etibarını qazanmaq üçün bu tarixi hadisədən istifadə edilməsi yaxşı olardı”. 

Bildirək ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama Konqresin İranla işbirliyini rədd edəcəyi halda, Birləşmiş Ştatlara olan etibarın sarsılacağını söyləyib.

Xatırladaq ki, İran və beynəlxalq vasitəçilərdən ibarət “Altılıq” iyulun 14-nə keçən gecə uzun illərdir, davam edən İranın nüvə probleminin həlli haqqında tarixi anlaşmaya nail olub.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv