Valyuta.com



   



Bakı, 5 sentyabr, XəzərİnfoTV, Cəmiyyət. Bakının ən böyük problemlərindən biri dayanma-durma yerlərinin məhdud olmasıdır. Sürücülər az qala evlərinin qarşısında da maşın saxlayanda ya yol polisi gəlib cərimə meydançasına aparır, ya da Bakı şəhər İcra Hakimiyyəti parkomat qoyub yerpulu alır.

 XəzərİnfoTV Avtosfer.az-a istinadən xəbər verir ki, bəzi işbazlar evakuator alıb maşınları cərimə meydançasına daşımağı asan qazanc yeri kimi görürlər. Amma dünyanın inkişaf etmiş ölkələrində sürücüləri soymaq yox, onlar üçün şərait yaratmağı düşünürlər. Məsələn, «Smart parking» qurğusu çox əlverişli bir vasitədir. Asanlıqla qurulur və eyni vaxtda onlarla avtomobili park etmək mümkündür. Təxminən 20-25 kv. metr yer tutur. Bakı üçün çox əlverişli vasitədir.

Çünki Avtosfer.az saytı olaraq son günlər Bakıda apardığımız müşaşidələrdən bu nəticəyə gəlmək olar ki, şəhərin küçə və yollarının yarıdan çoxunda dayanma-durmanı qadağan edən yeni yol nişanları quraşdırılıb. Amma nədənsə bu nişanları quraşdıranlar alternativ variantları ya nəzərə almır, ya da çox gec yada düşür. 

 XƏZƏRİNFO TV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    16.06.2019
  • 15.06.2019
  • 14.06.2019
  • 13.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv