Valyuta.com



   



Bakı, 11 sentyabr, Xəzərİnfo, Qazaxıstan. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V sammiti çərçivəsində prezident İlham Əliyevin qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşü baş tutub.

Xəzərİnfo-nun SalamNews-a istinadla verdiyi xəbərə görə, görüş zamanı Qazaxıstan prezidenti İlham Əliyevə səfəri və Qazax xanlığının yaradılmasının 550 illiyinə həsr edilən təntənəli toplantıda iştirak etdiyi üçün təşəkkür edib.

Qazax prezident bildirib ki, Qazaxıstan və Azərbaycanı əsrlərdir, davam edən qardaşlıq və dostluq bağları birləşdirir: "Bir-birimizə olan etibarımız qarşılıqlı münasibətlərimizi xarakterizə edir. Sizin Qazaxıstana hər bir səfəriniz ölkələrimiz arasındakı əməkdaşlıqda açılan yeni səhifədir. Hazırda dünya iqtisadiyyatı çətin günlərini yaşayır, lakin hətta belə hallarda da ölkələrimiz ticarət-iqtisadi sahədə yeni təmas nöqtələrinin hərtərəfli axtarışını aparır.”

Prezident İlham Əliyev də qardaş ölkə Qazaxıstanı hər zaman məmnuniyyətlə ziyarət etdiyini bildirib.

İkitərəfli münasibətlərdə tam qarşılıqlı anlaşmanın olduğunu qeyd edən İlham Əliyev bütün Qazaxıstan xalqını Qazax xanlığının 550 illik yubileyi münasibətilə təbrik edib: “Sizin bu böyük toplantıdakı çıxışınız, Qazaxıstanın tarixi keçmişinin və bugünkü inkişafının təhlili bir daha sübut edir ki, ölkənizin uğurlarının çox dərin milli və tarixi kökləri var”.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv