Valyuta.com



   



Bakı, 12 sentyabr, Xəzərİnfo, Region. “Göstəriş vermişik. Kimsə Türkiyənin istənilən bölgəsində vətəndaşlarımızın rahatlığını pozarsa, Türkiyəni xaosa sürükləmək istəyərsə ona ən böyük cəza veriləcək".

Xəzərİnfo İnteraz-a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Baş nazir bildirib ki, Türkiyə öz daxilindəki və xaricindəki düşmənlərlə mübarizə aparacaq gücə və qüdrətə malikdir: “Terror hücumları qarşısında fəth etmək istədiyimiz zirvə birlik və qardaşlıqdır. Kim separatçı mövqe tutarsa, digərlərinə zülm edərsə onun qarşısında olacağıq. Əməliyyatlarımız 90-cı illərin təhlükəsizlik anlayışı ilə əlaqələndirilməməlidir”.  

“Deyirlər ki, kürdlərin dövləti haradır. Türklərin də, kürdlərin də, sünnilərin də, ələvilərin də dövləti Türkiyə Cümhuriyyətidir. Zənn edirlər ki, azadlıq anlayışı məhv edə bilərlər. Türkiyə heç bir təzyiqə, zülmə və terrora icazə verməyən parlaq gələcəyə gedəcək”, - deyə Davudoğlu bəyan edib.

XƏZƏRİNFO.AZ 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    24.05.2019
  • 23.05.2019
  • 22.05.2019
  • 21.05.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv