Valyuta.com



   



Bakı, 19 sentyabr, Xəzərİnfo, Din. Azərbaycanlı zəvvarların Həcc ziyarətinə səfərində bu il ilk dəfə olaraq VİP zəvvarlar onlar üçün ayrıca təşkil olunmuş təyyarə ilə uçurlar.

QMİ-dən Xəzərİnfo-ya verilən məlumata görə, sentyabrın 29-u zəvvarların geri qayıdışına start da VİP zəvvarların ayrıca reysi ilə başlayacaq.

Daha sonra nisbətən ucuz Həcc səfərini seçən zəvvarları daşıyacaq təyyarələr uçacaq. Sentyabrın 11-də zəvvarların Həccə səfəri başlayan zaman ilk uçuş da VİP zəvvarlara aid olub.

Artıq Həccdə azərbaycanlı zəvvarlar Ümrə əməllərini bitirblər və sentyabrın 22-dən etibarən Ərəfat dağına qalxmağa başlayacaqlar.

Zəvvarlar ziyarət zamanı heç bir problemlə üzləşməyib.

Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc səfərləri sentyabrın 11-dən başlayıb və 15-də başa çatıb.

Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və bütün yerlər dolub.

Ziya İKRAMLI




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv