Valyuta.com



   



Bakı, 20 may, Xəzərİnfo, Təhsil. Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə Zaqulbada yerləşən Sümük və vərəm xəstəsi olan uşaqlara yardım məqsədilə xeyriyyə konserti və əl işləri yarmarkası keçirilib.

Xəzərİnfo xəbər verir ki, konsert proqramında Bakı Musiqi Akademiyasından (BMA) beynəlxalq müsabiqənin qalibləri və Prezident təqaüdçüləri olan musiqiçilər öz ifaları ilə çıxış ediblər. Xeyriyyə konsertində ADNSU-nun rəhbərliyi başda olmaqla, müəllim və tələbələr, eləcə də BMA-nın Fortopiano fakültəsinin dekanı, professor Nərminə Quliyeva və digər qonaqlar iştirak ediblər.

Konsert və sərgidə xəstə uşaqlar üçün ianə toplanıb. Tədbiri giriş sözü ilə Tədris işləri üzrə prorektor Qasım Məmmədov açıb. O, xeyriyyəçiliyin ali məqsədlərindən danışıb.

Q.Məmmədov xeyriyyəçiliyin insani və bəşəri dəyərlərə hörmətdən qaynaqlandığını önə çəkərək, hər kəsi ehtiyacı olan insanlara yardım etməyə, bu məqsədlə keçirilən xeyriyyəçilik tədbirlərində yaxından iştirak etməyə çağırıb. Konsertdə Azərbaycan və xarici bəstəkarlarının əsərləri səsləndirilib.

Tahirə QAFARLI




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    24.05.2019
  • 23.05.2019
  • 22.05.2019
  • 21.05.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv