Valyuta.com



   



Bakı, 23 may, Xəzərİnfo, Səhiyyə. Zaqatalada 47 yaşlı qadında quduzluq xəstəliyi aşkarlanıb.

Xəzərİnfo xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Rayon Xəstəxanasından (MRX) məlumat verilib.

Məlumata görə, mayın 22-d rayonun Faldar kənd sakini, 1969-cu il təvəllüdlü,  Pəri Qasım qızı Turacova quduzluq əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, onu 1.5 ay əvvəl yaşadığı kənddə küçə iti dişləyib. Pəri Turacova xəstəxanaya müraciət etməyib.

Mingəçevirdən dəvət olunmuş ixtisaslaşmış həkim müayinəsi zamanı Pəri Turacovanın quduzluq xəstəliyinə tutulması təsdiqlənib. Hazırda Pəri Turacovanın müalicəsi Zaqatala RMX-nın yoluxucu xəstəliklər şöbəsində aparılır. 

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv