Valyuta.com



   



Bakı, 26 may, XəzərİnfoMayın 26-da ADNSU-nun rektoru, professor Mustafa Babanlı “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə və qəzetin redaksiya heyətilə görüşüb.
Rektor qonaqlara görülmüş işlərin nəticəsi olaraq ADNSU-da tədrisin səviyyəsinin yüksəldiyini, müəllim-tələbə münasibətlərində neqativ halların aradan qaldırıldığını, imtahanların tam şəffaf şəkildə keçirildiyini bildirib. O, kafedraların sayının 28-dək endirildiyini, müəllimlərin şəxsi inkişafı üzərində çalışmaları üçün həvəsləndirici tədbirlərin görüldüyünü, qeyd edib. ADNSU-da elektron təhsil sisteminin yaradıldığını İT Akademiyanın açıldığını qeyd edən M.Babanlı tələbələr üçün nəzəri biliklərlə yanaşı təcrübi biliklərə də yiyələnmələri üçün şərait yaradılacağını bildirib. Görülən işlərin əsas nəticəsi kimi rektor tələbələrin təhsilə marağını göstərib. 2015-2016-cı təhsil üçün ali məktəblərə qəbul olunan tələbələrin seçimində ADNSU-nun 435 balla üçüncü yeri tutmasını müsbət nəticə adlandıran rektor ABŞ-ın məşhur Silikon vadisinin həmin ölkənin iqtisadiyyatına nə kimi töhfələr verdyinə diqqəti çəkərək hər bir universitetin innovasiyalar təklif etməli olduğunu vurğulayıb. O, ADNSU tələbələrinin START UP layihələrinin həyata keçirilməsinə dəstək verildiyini və onların universiteti artıq şirkət qurmuş gənclər kimi tərk etməsinə çalışdıqlarını bildirib. Rektor görülmüş işlərlə yanaşı hələ həllini gözləyən problemlərin olduğunu da vurğulayaraq, əsas məsələlərdən biri kimi ölkədə təhsilin proqramının dünya aparıcı universitetlərinin proqramlarına uyğunlaşdırılmasını önə çəkib. Onun sözlərinə görə, azərbaycanlı tələbənin keçdiyi dərslər Qərb universitetlərindəki tədrislə 10-12 faiz üst-üstə düşür ki, bu da ERASMUS, TEMPUS və s. proqramlar vasitəsilə xarici ölkələrdə tədris prosesinə qatılan tələbələr üçün çətinliklər yaradır. Rektor bu problemin aradan qaldırılması istiqamətində işlərin aparıldığını qonaqların diqqətinə çatdırıb.
“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə vaxtilə zəngin tədris ənənələrinə malik ADNSU-nun son illərdə reytinqinin düşdüyünü, amma atıq qısa müddət ərzində aparılan işlərin nəticəsində hazırda universitetin əvvəlki nüfuzunu bərpa etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, burada tamamilə yeni bir mühitin yarandığı açıq şəkildə hiss olunur. B.Hüseynzadə ADNSU-nun bundan sonra da yeniliklərə imza atacağına əminliyini ifadə edib və bildirib ki, “Azərbaycan müəllimi” qəzeti baş verən dəyişikliklərin işıqlandırılması sahəsində universitetlə əməkdaşlığı davam etdirəcək.
Sonra qonaqlar universitetin Heydər Əliyev Lektoriyasında, Tarix muzeyində olublar, auditoriyalarda tələbələrlə görüşüblər.




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    22.07.2019
  • 21.07.2019
  • 20.07.2019
  • 19.07.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv