Valyuta.com



   



Bakı, 16 iyun, XəzərİnfoTV, Maqazin. “Hər kimsə mahnını dinləyibsə, istiqanlı yanaşıb. Düzdür, mahnıda farssayağı ritmlərdən istifadə olunub. Amma bununla belə müsbət qarşılanıb”. 

Bunu XəzərİnfoTV-yə açıqlayan müğənni Rasim Mustafazadə söyləyib.

İfa etdiyi yeni “Göy gözlüm” mahnısı haqqında təəssüratlarını bölüşən müğənni bildirib ki, ideya müəllifi və bədii rəhbər Rəhman Əliyevin təşəbbüsü ilə sözləri və musiqisi Telman və Mehmana aid olan mahnını ilk dəfə mətbuata təqdim edir. Mahnının aranjeman müəllifi Elvin Musayevdir.

Müğənni əlavə edib ki, mahnıya ekran həyatı vermək fikrindədir: “Mahnı əvvəl geniş tamaşaçı kütləsinə təqdim olunacaq və daha sonra mahnıya klip çəkiləcək. Təbii ki, klipin xüsusi təqdimatı da nəzərdə tutulub”.

R.Mustafazadə qeyd edib ki, qarşıdaki günlərdə dinləyicilərə yeni ritmik və lirik mahnılar təqdim olunacaq: “Bundan başqa albom da hazırlanacaq və geniş şəkildə təqdimatı keçiriləcək
”.

Selcan




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    26.06.2019
  • 25.06.2019
  • 24.06.2019
  • 23.06.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv