Valyuta.com



   



Bakı, 18 avqust, XəzərİnfoRusiya. "SSRİ rəhbərliyindən getdiyimə görə təəssüf etmirəm".

Xəzərİnfo Axar.az-a istinadən xəbər verir ki, bunu “RİA-Novosti” agentliyinə açıqlamasında SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov söyləyib. O, hakimiyyətdən getmə haqqında qərarı çətinliklə verdiyini bildirib:

“O zaman ölkə də, partiya da parçalanmağa başlamışdı. İş vətəndaş müharibəsi vəziyyətinə qayıda bilərdi. SSRİ rəhbərliyindən getdiyimə görə təəssüf etmirəm. Təəssüfləndiyim bir şey var o da SSRİ-nin yox olmasıdır. Mən ittifaqı qorumaqdan ötrü çox səy göstərdim. Mənim əsas məqsədim hər şeyi çətinliyindən asılı olmayaraq, qansız etmək idi. Bu, baş tutmadı. Amma vətəndaş müharibəsindən qaça bildik”.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv