Valyuta.com



   



Bakı, 28 sentyabr, XəzərİnfoMədəniyyətTürkiyənin məşhur "Savaşçı" serialı ilə bağlı gəzən söz-söhbətə filmdə azərbaycanlı zabit obrazını canlandıran rejissor-aktyor Kənan M.M aydınlıq gətirib.

Xəzərİnfo xəbər verir ki, Milli.Az-a danışan aktyor serial aktyorlarının üsyanının ssenari dəyişikliyi ilə heç bir əlaqəsi olmadığını bildirib.

Bu da azərbaycanlı məşhurun açıqlaması:

"Çəkiliş davam edir, yalan söhbətdir. Ödəmələrdə biraz yubanma olub, bu da ümumi iqtisadi vəziyyətlə bağlıdır. Amma artıq 3-cü seriya çəkilir. 3-cü seriyaya çəkildim, qayıtdım. Çünki, "pasport"umun vaxtı bitir, giriş-çıxış etməliydim. Sabah çəkilişə qayıdacağam, inşallah. 

O ki qaldı ssenariyə görə deyilənlərə, o aktyorun həddinə deyil. Aktyorların etirazı pul ilə bağlı idi".

Qeyd edək ki, "Savaşçı"nın aktyorlarının 8 seriyadır ki, qonorarlarını ala bilmədikləri üçün çəkilişləri dayandıraraq Eskişehirdən İstanbula qayıtdıqları deyilirdi. Digər iddia isə aktyorların çəkilişlərdən imtina etmələri maaşa görə yox, ssenari dəyişikliyinə görə imiş.




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    18.08.2019
  • 17.08.2019
  • 16.08.2019
  • 15.08.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv