Bakı, 1 oktyabr, Xəzərİnfo, Region. Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Bondarev Rusiyanın Suriyada əməliyyatlara başlamasından bu yana 112 rus əsgərinin həyatını itirdiyini bildirib.
Xəzərİnfo Reyting.az-a istinadən bildirir ki, Bondarev Rusiya Silahlı Qüvvələrinin Suriyada əməliyyatlara başlamasının üçüncü ildönümü münasibətilə mətbuat bəyanatı verib.
Sovetlər Birliyi dövründə Əfqanıstanda ilk üç il ərzində təxminən 4 min 800 əsgər, ən azı 60 tank və 400 zirehli vasitə ilə 15 təyyarə, 97 helikopter itirdiklərini xatırladan Bondarev deyib:
"Hazırda silahlı qüvvələrimiz Suriyada 112 əsgər itirib. Bu əsgərlərin təxminən yarısı “An-26” təyyarəsinin qəzası və “İl-20” təyyarəsinin vurulması ilə ölüb. Bundan başqa, 8 təyyarə, 7 helikopter və bir neçə zirehli maşın itirmişik".
Bondarev 2003-2006-ci illərdə İraqda həyata keçirdiyi əməliyyatlarda ABŞ rəhbərliyindəki koalisiyanın 2 min 515 hərbçi, 10-20-ə yaxın tank, ən azı 50 zirehli maşın, 15 təyyarə və təxminən 80 helikopter itirdiyini bildirib.
Rusiyanın “An-26” tipli hərbi təyyarəsi bu il martın 6-da Hmeymim hərbi hava bazasında texniki səbəblərlə düşmüş, içində olan 39 Rusiya əsgəri həyatını itirmişdi.
Suriyada sentyabrın 17-də kəşfiyyat uçuşu keçirən və 15 əsgər daşıyan Rusiyanın “İl-20” təyyarəsi Aralıq dənizi üzərində Suriya hava müdafiə raket sistemi ilə vurulmuşdu.
XƏZƏRİNFO.AZ
- Moskvada məktəbdə bomba həyəcanı
- Tanınmış müğənni güllələndi
- Moskvada təyyarə ermənini vurub, tikə-tikə etdi - VİDEO
- İldırımsürətli müharibə iki həftəyə başa çatacaq - Rusiyadan DAĞIDICI SSENARİ
- KTMT baş katibi vəzifəsindən azad edilib
- Rusiyaya növbəti zərbə hazırlanır – TARİX AÇIQLANDI
- Tanınmış jurnalist intihar etdi - VİDEO
- Rusiya Amerika ilə müharibəyə hazırlaşır - KREMLDƏN AÇIQLAMA
- Hərbi bilet elektron formada olacaq
- Qorbaçov: “SSRİ-yə görə təəssüf edirəm”
- 20 Yanvar cəlladı iflic oldu
- Keçmiş SSRİ respublikalarının hamısı Rusiya ərazisidir - Vladimir Putin
- Avtomobil nəhəngindən Rusiyaya ağır zərbə
- Erməni rəis həbsxanada olan azərbaycanlı çempiondan qisas almaq istəyir
- Rusiya ilə sərhədə qoşun yığılır