XəzərİnfoTV GoldNews.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında metronun "Əhmədli" stansiyasının yaxınlığında baş verib.

Belə ki, sərnişin mikroavtobusunun sürücüsü ilə minik avtomobilinin sürücüsünün yolun ortasında dalaşmasını əsk etdirən görüntülər yayılıb. Şahidlərin sözlərinə görə, sürücülərin dalaşması sərnişinlərə görə baş verib.

Qeyd olunur ki, taksi fəaliyyəti ilə məşğul olan sürücünün sərnişinləri mikroavtobusla deyil,minik avtomobili ilə getmələrinə cəlb etməsi mikroavtobusun sürücüsünü qəzəbləndirib. Bundan sonra sürücülər nəqliyyat vasitələrini magistral yolun ortasında saxlayaraq əlbəyaxa dalaşıblar. Nəticədə hadisənin baş verdiyi yolda nəqliyyat vasitələrinin hərəkəti iflic olub.

Hadisə nəticəsində hər iki sürücünün xəsarət aldığı deyilir.