Valyuta.com



   



İlhamə Hüseynli: “Biri-birinə hörmət olmayan ailədə aqressiv və şiddəti sevən övlad böyüyür”

 

Bakı, 4 oktyabr, Xəzərİnfo, Səhiyyə. Tanınmış uşaq psixoloqu, “Sağlam həyat” layihəsinin rəhbəri, “Səlis Danışıq” Loqopedik Psixoloji Akademiyanın psixoloqu İlhamə Hüseynli Xəzərİnfo.az saytına ekslüziv müsahibə verib. İlhamə xanım müsahibə boşanmaların əsl səbəblərini açıqlayıb.

- Son zamanlar Azərbaycanda boşanmaların sayı getdikcə artır. Sizcə, buna səbəb nədir?

- Öncə qeyd edim ki, statistikaya əsasən Azərbaycanda cari il boşanmaların sayı nigahların sayının 25% təşkil edib. Səbəblər müxtəlifdir: maddi sıxıntılar, kişi və qadın arasında münasibətin bitməsi, xəyanət, kişi və ya qadın spirtli içki və ya narkotik audəcisi olması. Biz maddi sıxıntı qeyd edirik, lakin sevgi, qarşılıqlı hörmət əsasında qurulan ailələrdə, maddi problemlər boşanmaya gətirib çıxartmır.

Real danışaq; bizim mentalitetdə, kiminsə qızı və ya oğlu olmaq biraz dəbdədir. Hər birimiz bilirik ki, bu gün belə əsasda qurulan ailə, sabah məlum səbəblərə görə dağıla bilər. Buna görə də mən daha çox qızlarımızdan bu cür səhv addım atmaqlarına qarşıyam.

- İlhamə xanım, kişi və qadın neçə yaşlarından ailə qurmalıdırlar və buna hazırdılar?

- Məlumdur ki, kişi və qadın 18 yaşında rəsmi nigaha daxil ola bilərlər. Lakin burada sual yaranır: onlar buna hazırladırlarmı? Düşünürəm ki, ilk öncə kişi və qadın o yaşlarda elmlə məşqul olub, təhsil almalıdır. Çünki həmin yaşda cavanlar sevginin əslində nə olduğunu bilmirlər. Sevgi başqa, bağlılıq başqa. Lakin bir insanla bir evdə yaşayıb onunla bütöv olmaq tam fərqli bir anlamdır. Bunu da 18 yaşında olan gənc anlaya bilməz. Mənə görə qadınlar və kişilər öz ayaqlarının üzərində durmağı bacardıqdan sonra ailələrinin onlar üçün seçdikləri şəxs ilə deyil, öz sevdikləri insanla ailə qurmadırlar. Çünki artıq bəlli bir yaşdan sonra insan oxuduqca, çalışdıqca, yeni insanlar tanıdıqca, kimi və necə birini istəklərini anlayırlar.

- Sözlərinizdən belə çıxır ki, erkən nigaha qarşısınız...

- Kənd və ya rayonlarda qızları erkən yaşdan (zorla) ailə qurmağa məcbur edirlər. 18 yaşında həyatı yeni anlamağa başlayan, əslində nə çox çətinliklərin, pisliklərin olduğu dünyada, qızlarımız öz haqlarını tələb edə bilmədikləri üçün tanımadığı insanla ailə qururlar. Bu cür evliliklər boşanma və ya intiharla nəticələnir. Valideyinlər uşaqlarını qurban verməsinlər.

- Adətən xanımlarımız qaynana və qaynata ilə birgə qalmaqdan imtina edir və ayrı ev tələb edir. Buna münasibətiniz necədir?

- Boşanmanın elə bir səbəbi də budur. Bizim qızlarımızın ən böyük problemi, sevdikləri insanla aralarında olan istər ev problemi, istərsə də digər problemi həll etməməsi, mütləq şəkildə bu problemin həllində əsasən qızın anasının iştirak etməsidir. Hər birimiz kiminlə, hansı imkanlar dahilində yaşayan biri ilə ailə qurduğumuzu öncədən bilirik. Təbii ki, cütlüyün ayrı yaşaması çox daha uyğun olar, çünki burada qaynana və qaynata ilə hər iki tərəfin hörməti tam başqa olur. Lakin istisnalar mövcuddur.

- Bir çox cütlüklər uşaqlarının xətrinə, münasibətləri bitsə də, boşanmaqdan imtina edirlər və söz-söhbət olan ortamda uşaq böyüdürlər. Bu nə dərəcədə doğrudur?

- Bu çox yalnışdır. Hər bir uşağın haqqı sevgi dolu ailədə böyüməkdır. Ailədə olan maddi və ya həyat yoldaşları arasında olan digər problemlər uşağın günahı deyil və biz bunları ona yansıtmamalıyıq. Şiddət və biri-birinə hörməti olmayan ailədən aqressiv, şiddəti sevən, həmyaşıdlarına qarşı haqqsızlıq edən övlad böyüyür. Buna görə də ata-ana olmağa da tam hazır olmaq və bu ada layiq olmaq mütləqdir.

- Bu zaman uşaq travma ala bilər və ya digər fəsadlara yol aça bilərmi?

- Yuxarıda qeyd etdiyim kimi, bu uşaqda aqressiya yarada bilər, yüksək səsə qarşı qorxu, müxtəlif fobiyalar, kəkələmə yarada bilər. Əgər uşaqda nitq tam açılmayıbsa, bu zaman nitqin gecikməsi qaçılmazdır.

Ziya İKRAMLI       




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv