Valyuta.com



   



Bakı, 4 oktyabr, Xəzərİnfo, Maqazin. Müğənni Səidə Sultan sosial şəbəkədə tənqidi status yazıb.
 
Xəzərİnfo Mia.az-a istinadən xəbər verir ki, sənətçi insanların aqressivləşməsindən, ictimai nəqliyyatda insanların rəftarının aşağı səviyyədə olmasından gileylənib:
 
"Biz bu gedişlə hara gedirik? İnsanlar aqressivləşib, İnstaqram-a girmək olmur, adam iyrənir. Doğmasına əl atan ...ların başlıq yazıları ilə tez-tez rastlaşırıq. Müqəddəs yerini qorumayan kişiciklərin sayı çoxalıb... Çoxları da yerini bilmir, həddini aşır. Avtobuslarda yer üstündə bir-birini didən insanlar, dərman atıb kayfa düşən taksi, avtobus sürücüləri, boş-boş, mənasız, maraqsız söhbətlər, yazılar, kişilərin qadınların haqqını əzməyi çoxalıb".
 
S.Sultan musiqi zövqünün də korlandığını qeyd edib:
 
"Musiqimizi də zövqsüz edib, insanların zövqünü pozan mügənnilərin sayı çoxalıb... Özünə qiymət qoyub özünü satan qadınlar, pula görə şərəfini, mənliyini satanlar çoxalıb... Pul naminə İnstaqram-da kökü bəlli olmayan insanların reklamını yayanların sayı çoxalıb. Hamı nəsə sübut edirmiş kimi, xalqa özlərini adam kimi sırıyan şou əhlinin sayı çoxalıb. Allahı unudub caduda təsəlli tapanlar çoxalıb... Mədəniyyətsiz insanlar, özlərindən xəbəri olmayan, ona-buna söz atan, haqqına girən şərəfsizlərin sayı çoxalib. Əri ola-ola min hoqqadan çıxan qadınların sayı çoxalıb".
 
XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv