Valyuta.com



   



Bakı, 4 oktyabr, Xəzərİnfo, Səhiyyə.  Sovet dövründə Azərbaycanda qadınların 40 yaşdan sonra övlad dünyaya gətirməsi adi hal olsa və onların sayı çoxluq təşkil etsə də, son illər ölkəmizdə nəinki 40, hətta 35 yaşdan sonra ana olanların sayının azalması müşahidə edilir.

Xəzərİnfo Trend-ə istinadən xəbər verir ki, 1970-ci illərdə ölkədə yenidoğulmuş 150-180 min körpənin orta hesabla 6000-8000-nin anasının yaşı 40-dan çox olurdu. Məsələn, 1970-ci ildə Azərbaycanda doğulan 150 976 körpənin 8266-sının, 1975-ci ildə 141 857 körpənin 6777-nin anası 40-44 yaşlı olub. Ötən il isə ölkədə doğulan 1299 uşağın anası 40-44 yaşlı olub.

Lakin son 17 il ərzində yaşı 40-dan çox olanlarla yanaşı, yaşı 35-dən çox olan qadınların dünyaya gətirdiyi uşaqların da sayı azalıb.

Qeyd edilən müddətdə ölkədə il ərzində doğulan uşaqların sayı artsa da, 35-39 yaşlı qadınlar tərəfindən doğulan  uşaqların sayında azalma müşahidə olunub. Uşaqlar daha çox 20-35 yaşlı qadınlar tərəfindən doğulub.

2000-ci ildə Azərbaycanda doğulan 116 994 uşağın 8154-ü 35-39 yaşlı qadınlar tərəfindən dünyaya gətirilib. 2005-ci ildə doğulan uşaqların 7653-ü , 2010-cu ildə 6958-i, 2013-cü ildə 7280-i, 2014-cü ildə 7027-i, 2015-ci ildə 7231-i, 2016-cı ildə 7233-nün anası 35-39 yaşlı olub. 2017-ci ildə ölkə üzrə doğulan uşaqların sayı 144 041 olsa da, onların yalnız 6737-nin anası 35-39 yaşlı olub.

Son 17 ildə Azərbaycanda 45-50 yaşda ana olanların da sayı azalıb. 2000-ci ildə 45-49 yaşlı qadınlar tərəfindən 129 uşaq, 50 və daha yuxarı yaşlı qadınlar tərəfindən 23 uşaq dünyaya gətirildiyi halda, 2017-ci ildə 45-49 yaşlı qadınlar 94 uşaq, 50 və daha yuxarı yaşlı qadınlar 13 uşaq dünyaya gətirib.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv