Valyuta.com



   



Bakı, 5 oktyabr, XəzərİnfoTV, Cəmiyyət. Xalq artisti Naibə Allahverdiyeva keçirdiyi ağır günlərdən danışıb.

XəzərİnfoTV-nin Axşam.az-a istinadən verdiyi məlumata görə, aktrisa “Şou news” verilişində deyib ki, anası öldükdən sonra depressiyaya düşüb. Göz yaşlarını saxlaya bilməyən Naibə dəfələrlə psixoloqa getdiyini etiraf edib:

“Ondan sonra çox pis idim. Özüm-özümü sağaltdım. Böyük mübarizə apardım. Həkimin yazdığı dərmanları atırdım kənara. Mənə heç kim kömək etmədi. İndi də özümü hərdən pis hiss edirəm. Dedim ki, yaşamalıyam, belə ola bilmərəm. 

Bütün həyatımı övladıma və sənətimə həsr etmişəm. Hər şeyi həyatda damla-damla qazanmışam. Mənim üçün heç nə hazır olmayıb”.

XəzərİnfoTV




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

    24.05.2019
  • 23.05.2019
  • 22.05.2019
  • 21.05.2019

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv