Valyuta.com



   



Bakı, 6 oktyabr, Xəzərİnfo, Hərbi. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edən Ermənistanın müdafiə naziri David Tonoyan Naxçıvan sərhədinə gəlib.

Xəzərİnfo Publika.az-a istinadən xəbər verir ki, Tonoyan və erməni hərbi birləşmələrinin baş qərargah rəisi Artak Davtyan Naxçıvanla sərhəddə erməni əsgərlərinin vəziyyətini yoxlayıb.

Ermənistanın yaydığı rəsmi məlumatda deyilir ki, müdafiə naziri Naxçıvanla sərhəddə atəşkəs rejiminə necə əməl edildiyini yoxlamaq məqsədi ilə bura baş çəkib. Həmçinin qeyd olunur ki, Tonoyanın Qarabağa gəlişi Azərbaycan Prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyanın Düşənbədə atəşkəsin qorunması ilə bağlı razılaşmasına əməl etmək tapşırığını vermək məqsədi daşıyır.

Cəbhədəki vəziyyət də erməni hərbi birləşmələrinin atəşkəsə qismən riayət etdiyini göstərir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, işğalçı tərəf dünən gecə atəşkəsi cəmi 29 dəfə pozub. Bu, əvvəlki dövrlərlə müqayisədə olduqca azdır.

Lakin Tonoyanın məhz Naxçıvanla sərhədə gəlişi bu ilin 20 may tarixində erməni hərbi birləşmələrinin təxribat hücumunu yada salır və şübhələrə yol açır.

Həmin vaxt da Tonoyan və xarici işlər naziri Zöhrab Mnasakanyan Naxçıvanla sərhəddə baş çəkdi, ardınca erməni hərbi birləşmələri təxribat hücumu etdilər. Aydın görünürdü ki, Ermənistan hücumun cəbhəsini dəyişdirirərək, diqqəti Qarabağdan yayındırmaq istəyir. Digər tərəfdən, Naxçıvan iddialarının yenidən gündəmə gəlməsi də bu səfərlərin təsadüfi olmadığını deməyə əsas verir. Mümkündür ki, Tonoyanın Naxçıvan sərhədinə səfəri işğalçı ölkənin yeni planının bir hissəsidir.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv