Valyuta.com



   



Bakı, 6 oktyabr, Xəzərİnfo, Maqazin. Bu gün Bakıda planlaşdırılan “Ultra Musiqi Festivalı” ləğv olunub.  

Xəzərİnfo-nun “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, konsert bilet satışının zəif olduğu üçün baş tutmayıb. Artıq musiqili gecənin afişası “iTicket.az”dan yığışdırılıb.

Bu məqamda bildirək ki, konsertdə əməkdar artist Röya Ayxan, Murad Arif, Rauf, Ramil Nabran və b. iştirak edəcəkdi. 

Gecənin ləğvi ilə bağlı daha bir iddia isə festivalın təşkilatçılarından birinin həbs olunması ilə bağlıdır. 

“Qafqazinfo” mövzu ilə bağlı “Ultra Musiqi Festivalı”nın rəsmisi  Tatyana Meerova ilə əlaqə saxlayıb. 

O, təşkilatçının həbs olunması barədə yayılan məlumatı təkzib edib: 

“Bu söz-söhbətlər haradan çıxır, başa düşə bilmirəm. Qeyd etdiyimiz kimi, festival bilet satışının zəif olmasına görə ləğv olunub.   Müğənnilərlə də danışmışdıq, qonorarı da müəyyənləşdirmişdik. Amma alınmadı”. 

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv