Valyuta.com



   



Bakı, 8 oktyabr, Xəzərİnfo, İdman. Azərbaycanlı gənc cüdoçu Argentinada Azərbaycanın üçrəngli bayrağını dalğalandırıb.

"Neftçi İdman Klubu" ictimai birliyindənXəzərİnfo-ya verilən məlumata görə, klubun cüdoçusu Vüqar Talıbov Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında böyük əzmkarlıq nümayiş etdirərək tarixi uğura imza atıb.

Olimpiadanın cüdo yarışlarında ölkəmizi 66 kiloqram çəki dərəcəsində təmsil edən idmançımız yəmənli Əhəd Əl-Saqheera, tacikistanlı Camşed Sulaimoni və dominikanlı Antonio Tornalanı məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə Rusiya idmançısı Abrek Naquçev üzərində inamlı qələbə qazanan Vüqar Talıbov Olimpiya Oyunlarının qızıl medalına sahib olub.

Xatırladaq ki, 206 ölkədən 4 mindən çox idmançının qatıldığı Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan 17 idmançı ilə təmsil olunur. İdmançılarımız gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis idman növlərində mübarizə aparacaqlar.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv