Valyuta.com



   



Bakı, 8 oktyabr, Xəzərİnfo, Cəmiyyət. Sabirabad rayon Salmanlı kəndi ərazisində yaş köküstə 83 ədəd yulğun kolunun kökündən çıxarıldığı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Xəzərİnfo-ya verilən məlumata görə, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı yulğun kollarının Salyan rayon Yuxarı Noxudlu kənd sakini Vaqif  Babayev tərəfindən çıxarıldığı məlum olub.

Faktla bağlı V.Babayev barəsində akt tərtib olunub və təbiətə 6640 manat məbləğində ziyan dəydiyi müəyyən  edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sabirabad rayon Prokurorluğuna göndərilib.

Ziya İKRAMLI




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv