Valyuta.com



   



Bakı, 8 oktyabr, Xəzərİnfo, Region. Xüsusi İstintaq Xidməti Ermənistanın iri telekanallarından biri olan II İctimai Televiziyanın sahibi Samvel Mayrapetyanı saxlayıb.

Xəzərİnfo Trend-ə istinadən xəbər verir ki, bu barədə TASS-a qurumun mətbuat xidmətindən bildiriblər.

Mənbə təfərrüatların bir qədər sonra açıqlanacağını deyib.

S.Mayrapetyanın vəkilləri də sahibkarın saxlanılma səbəbi barədə açıqlama vermirlər.

Qeyd edək ki, S.Mayrapetyan Ermənistanın iri sahibkarlarından biridir. Onun avtosalonlar şəbəkəsi, tikinti şirkətləri və restoranları var. Bundan başqa, biznesmenin 2008-ci ildə ölkədə konstitusiya quruluşunun devrilməsində ittiham olunan sabiq prezident Robert Koçaryana yaxın adamlardan biri olduğu deyilir.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv