Valyuta.com



   



Dedilər :"Dәhr çökür, vəhmli bir şayə gəlib!"
Nəyi məcburdu ki, ömrü bu qədər sayə gəlib?!

Günahın bir tərəfi Adəmə düşmüşsə, nə qəm?
Alovun gur dilimi nəfskar Həvvayə gəlib.

Ruzi bəxş etdi Xuda,kəsmədi bir sübhi-zöhr,
Mәgәr ol bin-bərəkət bizlәr üçün za'yə gəlib?!

Dedilər, ərköyünük, çün bizi qəyyum götürüb,
Turabın yeddi qatından o Dəcәl dayə gəlib.

Sənə çox sərfəlimiydi, bu gedişat zalim?!
Sığınıb dalğasına ümman axıb, ça'yə gəlib.

Mənə heç fərq eləməz Sur səsidir, yoxsa muğam,
"Sevilib, sevmə" - deyə, Fatimə, heç ayə gəlib?!

Qeyd:

Turab - torpaq...
Dəcəl - qiyamət günü yerin altından gələcək fitnəkar Dəccal
Sur - qiyamət günü dünyanı dağıdacaq alətin səsi

Fatimə ƏliHüseyn




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv