Valyuta.com



   



Xətai rayonu İcra Hakimiyyəti bağça tezliklə təmir olunub istifadəyə veriləcəyini bildirir

Bakı, 8 oktyabr, Xəzərİnfo, Cəmiyyət. Uzun illərdir ki, 20 qaçqın ailəsinin yaşadığı Xətai rayonu, general Mehmandar Şıxlinski küçəsindəki 243 saylı körpələr evi baxımsız vəziyyətdə qalıb.

Xəzərİnfo xəbər verir ki, I Dağlıq Qarabağ müharibəsi zamanı dogma yur-yuvalarından didərgin düçmüş 20 məcburi köçkün ailəsi 20 ildən çoxdur ki, burada məskunlaşıb. Binanın qəzalı vəziyyətdə olması, eyni zamanda son dərəcə ağır antisanitar vəziyyət müvəqqəti sakinlərin ciddi narahatçılığına səbəb olub. Ağdam köçkünü Məmmədov Sumbat Əyyub oğlunun bağçanın həyətində saxladığı kiçik buynuzlu heyvanların yaratdığı natəmiz mühit, iy-qoxu ətraf ərazilərdə yaşayan yerli əhalinin narazıçılığına səbəb olur.

Bildirək ki, uşaq bağçası bu ilin aprelin 22-dən əsaslı təmirə başlandığı üçün fəaliyyətini tamamilə dayandırıb. Binada artıq 30 faiz təmir işləri həyata keçirilib, ancaq maddi çətinliklər səbəbindən təmir işləri yarımçıq dayandırlıb.

Ağdamdan olan məcburi köçkünlər Rüstəmov Cənnət Hidayət oğlu, Süleymanov Xəqani İnqilab oğlu, Məmmədov Vahid Nəriman oğlu, Bəhramov Həsən Ələmdar oğlu, Şuşa köçkünü.Qarabağ müharibəsi veteran Səfiyev Xaliq İsmayıl oğlu, Füzuli rayonundan olan məcburi köçkünlər Hüseynova Firəngiz Ələmdar qızı, Zeynalov Qaməddin Əsğər oğlu və Laçın rayonu sakini Cəbrayılova İntizar Qabil qızı məskunlaşdıqları bağçanın siçovullar tərəfindən zəbt olunduğunu, buna görə də müxtəlif xəstəliklərin yayılma təhlükəsinin artdığını bildirir və şəraitsizlikdən şikayət edirlər.

Sakinlərin bildirdiyinə götə, işıq sistemi qəzalı olduğundan, cərəyan xəttində hər an yanğın təhlükəsi yarana bilər. Zirzəminin su ilə dolması, payız və qış aylarında mövcud şəraitin daha da acınacaqlı, otaqlarda nəmişliyin daha da artacağından xəbər verir.

Qeyd edək ki, məcburi köçkünlər bağçada məskunlaşdıqdan sonra uşaqların ayağı buradan kəsilib və təlim-tərbiyə işləri tamamilə dayandırılıb.

Bağçanın müdirəsi Keysu Cavadova Xəzərİnfo-nun əməkdaşı ilə söhbətində Xətai rayonu İcra Hakimiyyətinə müraciət olunduğunu, hazırda onlardan dəstək gözlədiklərini bildirdi.

Uşaq bağçasına yaxın binalarda yaşayan sakinlərin münasibəti isə heç də ürəkacan deyil. Valideyn Ələkbərova Aytən Ziyabi qızı, dəfələrlə Xətai rayonu İcra Hakimiyyətinə şikayət edildiyini bildirir. Digər sakinlər də şikayət edirlər ki, öz ərazimizdə bağça ola-ola, nə üçün 3-4 dayanacaq uzaqda yerləşən bağçaya hər gün uşaq aparmalıyıq? HƏm əlavə vaxt itirilir, həm işə gecikirlər, həm də nəqliyyata izafi xərclər çəkilir.

Xəzərİnfo-nun əməkdaşı mövcud vəziyyətlə bağlı Xətai rayon İcra Hakimiyyəti əlaqə saxlayıb. Cavabında tezliklə bağça təmir olunub istifadəyə veriləcəyi, qaçqınların da evlə təmin olunacağı bildirilib.

Fatimə ƏLİHÜSEYN

     

 




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv