Valyuta.com



   



Təkrar yaşanan uçqun aparılan işə mane olur

Bakı, 8 oktyabr, Xəzərİnfo, Cəmiyyət.  Şamaxıda torpaq sürüşməsi qeydə alınıb. Mövcud sürüşmə zonalarında aktivlik yaşanır. 

Xəzərİnfo xəbər verir ki, sürüşmə ərazidə iri yarğanların yaranmasına, bəzi nöqtələrdə isə torpaq uçqunlarına səbəb olub.

Son bir həftə ərzində hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb.

Torpaq axını yuxarından aşağı doğru hərəkət edərək, həmin ərazidəki yaşayış evlərinin üzərinə tökülüb. Sakinlər tərəfindən torpaq yığını təmizlənsə də, təkrar yaşanan uçqun aparılan işə mane olur.

Aşıq Məmmədağa küçəsi, döngə 3, ev 18 sürüşmədən böyük zərər görüb. Sürüşmə nəticəsində Rahib Babayevə məxsus birmərtəbəli, dörd otaqlı evin iki otağında böyük dağıntılar qeydə alınıb.

Bundan başqa, həmin ərazidə iki evin daş hasarı uçub, həyətyanı sahələrdə çatlar genişlənib. Artıq iki evin sakinləri təhlükə səbəbindən evlərini tərk ediblər.

Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi ilə əlaqədar lazımi qurumlara məlumat verilsə də, problem öz həllini tapmayıb.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv