Valyuta.com



   



Bakı, 8 oktyabr, Xəzərİnfo, Dünya Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozinin şikayətini təmin etməyib. 

Xəzərİnfo “Report”-a istinadən xəbər verir ki, o, istintaqa təzyiq cəhdlərində ittiham edilməsinə dair işin qəbul olunmamasını istəyib. 

“Le Figaro”nun yazdığına görə, N.Sarkozi rüşvət vermək cəhdində və xidmət sirrini faş etməkdə şübhəli bilinir. İstintaqın fikrincə, eks-prezident 2014-cü ildə vəkili Tyerri Herzoq vasitəsilə Kassasiya Məhkəməsinin o vaxtkı baş prokuroru, hazırda təqaüddə olan Jilber Aziberdən məxfi məlumat almağa cəhd göstəribmiş.

Belə ki, N.Sarkozi “L’Oreal” ətriyyat şirkətinin sahiblərindən Lilian Betankur tərəfindən 2007-ci ildəki seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsinə dair araşdırma çərçivəsində müsadirə olunmuş işçi yazılarını qaytarmaq istəyirmiş.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv