Valyuta.com



   



Bakı, 9 oktyabr, Xəzərİnfo, SiyasətAzərbaycan və Rusiya arasında son vaxtlar münasibətlərin daha da inkişaf etməsi ermənipərəst mövqeyi ilə seçilən Konstantin Zatulin kimi siyasətbazları narahat edir.

Xəzərİnfo xəbər verir ki, bunu “Xalq qəzeti”nə açıqlamasında Efiopiyanın Azərbaycandakı fəxri konsulu, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov deyib.

Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında son illər siyasi, iqtisadi və mədəni müstəvidə genişlənən münasibətlərdən narahat olan Ermənistan və onun havadarları hər vəchlə bu prosesə mane olmağa çalışırlar: "Bir sıra Avropa ölkələrində olduğu kimi, Rusiyada da güclü erməni lobbisi fəaliyyət göstərir. Bu baxımdan, onlar bütün istiqamətlərdə Rusiya ilə Azərbaycan arasında səmimi dostluq və qonşuluq münasibətlərinə xələl gətirmək niyyəti güdürlər. Təəssüflər olsun ki, K. Zatulin ­Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə əlaqələr komitəsi sədrinin müavinidir. Bu ermənipərəst deputat son açıqlamasında iddia edir ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. 
Zatulin çox yaxşı anlayır ki, Azərbaycan hazırda Cənubi Qafqazın hərbi və iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətidir. Bundan əlavə, Zatulin aprel döyüşlərində Azərbaycan Ordusunun Ermənistana ağır zərbələr vurduğunu da bilməmiş deyil. Sadəcə, bu cür açıqlamalar Azərbaycanın haqlı mövqeyindən geri çəkilməsi məqsədinə hesablanıb. Ermənipərəst qüvvələr bilməlidirlər ki, dövlətimiz sülh tərəfdarıdır və bu münaqişənin hərbi qüvvə tətbiq etməklə həll olunmasını istəmir. Lakin Ermənistan öz iddialarından əl çəkməsə, gec-tez Azərbaycan Ordusu öz torpaqlarını azad etmək üçün hərəkətə keçəcək".

Fəxri konsul əlavə edib ki, Azərbaycan və Rusiya arasında həm xalqlarımız, həm də dövlət başçılarımız səviyyəsində yüksək səmimi münasibətlərə Zatulin kimi qərəzli siyasətçilərin hər hansı təsir göstərməsi qeyri-mümkündür: "Bütün bu məsuliyyətsiz açıqlamalar siyasi səhnədə heç bir şeylə yadda qala bilməyən birisinin gündəmi zəbt etmək istəyindən başqa bir şey deyil".

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv