Valyuta.com



   



Bakı, 9 oktyabr, Xəzərİnfo, Region. Ermənistanda hakimiyyətin dəyişməsi ilə ölkənin sosial-iqtisadi həyatında heç bir dəyişiklik baş verməyib, ictimai narazılıq fonunda ölkədə daxili siyasi böhran daha da kəskinləşib.

Xəzərİnfo xəbər verir ki, bunu Trend-ə Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov deyib.

Ekspertin sözlərinə görə, Ermənistanda indiki hakimiyyət böhranı faktiki olaraq ölkəni vətəndaş müharibəsinə sürükləyib.

M.Neyjmakov bildirib ki, bu siyasi böhran Yerevanla Bakı arasında minimal dialoq cəhdləri üçün də maneə olacaq:

“Bu şəraitdə həm Paşinyanın, həm də onun rəqiblərinin Qarabağla bağlı bəyanatları daha da kəskinləşəcək. Azərbaycan Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşə gəldikdə isə bu, rəmzi əhəmiyyət daşıyırdı. Fikrimcə, Ermənistandakı siyasi böhran həm liderlərin Düşənbədəki görüşü, həm də sentyabrda Yerevanın Ağsaqqallar Şurasına seçkilərlə bağlı yaranıb. Bu seçkilərdə qələbə Paşinyana daha çox manevr azadlığı verib. Seçkidən əvvəl baş nazir rəqiblərinin onun Bakı ilə danışıqlarını necə qiymətləndirdiyini yoxlamağa hazır deyildi. Seçkidən sonra Paşinyan daha çox sərbəstlik qazandı”.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv