Valyuta.com



   



"Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir."

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti - Bakı şəhəri, 29 dekabr 2000-ci il

Son günlər tarixdə Azərbaycan adı və bu ərazidə türklər olmayıb və eyni zamanda Azərbaycanın xalq qəhramanı Babəkin kafir və qeyri türk adlandırılması ilə bağlı ittihamların artmasını nəzərə alaraq onun milli kimliyi barədə və hərakatı barədə mənbələrdə yazılanlara əsaslanaraq qeydlərimizi yazaq.

Roma yazıçısı, alim və dövlət xadimi B.Pilini (23-79) həm də qədim türklərdən yazan antik müəlliflərdən biridir. Herodatda iürk və türreket (Strabonda- türk) adlanırılan bu etnoslar Plinidə və Pomponi Meleda türklər (Turcae) kimi yad edilir. Bu məlumat Dionisi Periegetin aşağıdakı arayışı ilə səsləşir: “Kaspi dənizi mənsəbinə yaxın skiflər, sonra hunlar, onlardan sonra kaspilər, dah sora isə döyüşkən albanalr və kadusilər..., yerləşmişlər.

―”Azərbaycan” sözününün ―ənənəvi olmayan belə bir izahı başqa bir orta əsr qaynaqlarında da var. XVIII yüzillikdə Türkiyə basqınları qarşısında vətəni Təbrizi tərk edib Hindistana köçmüş Azərbaycan alimi Hüseyn Xələf oğlu Bürhanın ―”Bürhane-qate”əsərində də biz bu izaha rast gəlirik: Guya Oğuz xanını döyüşçüləri tökmə torpaqdan ucaldılmış təpənə ―”Azərabycan” adlandırmışlar, çünki, türk dillərində ―”azər” sözü ―”hündür”, ―”Bayqan” sözü isə ―”ulu adamlar”, ―”əyanlar” deməkdir. (bax: Короглы Х. Огузский героический эпос. М., 1976, с. 102-103)

Əbuməhəmməd Əbdülməlik ibn Hişam ―”Kitabül-tican fi mülük himyər” - ”Himyər hökmdarları barədə taclar kitabı” adlı tarixi əsərində yazır: “Yəmən padşahı Raiş zamanında onun sərkərdələrindən biri İbn əl Qəttaf əl-Müntab... yüz min nəfərlik ordu ilə Azərbaycana daxil oldu.”

Daha bir mənbə- [Xəlifə] Yezid ibn Əbd əl-Malik, əl-Cərrah ibn Abdullah əl-Həkamini çağıraraq ona göstəriş verdi, böyük ordu ayıraraq Azərbaycan hərəkət etməyi əmr etdi. 
əl-Cərrah ibn Abdullah çoxlu qoşunla yola düşüb tezliklə Azərbaycan ölkəsinə gəldi. (Əl-Cərrah hicri 104-cü ildə (722/23) Azərbaycan hakimi idi və onun yazılarından)
Müaviyəni ibn Übeyd Şəriyyə ilə söhbətləri buraya çatdıqda Müaviyə Übeydə müraciət edərək, Azərbaycan haqqında onu fikrini öyrənmək istəyərək demişdir: ―Sən allah, Azərbaycan [haqqında] əlaqəniz, təlaşınız və xatirəniz nədir?

Übeyd ibn Şəriyyə belə cavab vərir: ―”Ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış və tək milləşmişlər”(Milli Arxiv-qaynaq №55, qeyd 14)
“Əl-bələzuri kitab fütuh əl-buldən”-də yazılır: Ərdəbilli Hüseyn ibn Əmru ərdəbilli Vaqidin dilindən [və] onun sağ gördüyü bəzi qocların dilindən bizə söyləd ki, Muşirə ibn şu`bə xəlifə ömər ibn Xəttabın adından Kufəyə hakim kimi gələndə hüzeyfə ibn əl-Yəmənə , onun Azərbaycan hakim olması haqqında əmri özü ilə gətirdi.

Azərbaycanda türklərin Ərəb istilasına qarşı üsyanlarını tək Babəklə bağlamaq da düzgün deyildir. Bu üsyanların içərisində Əbu Müslim əl-Xorasani (718 - 755) hərakatını unutmaq lazım deyil. İbn Hellikan yazır ki, Əbu Müslim Azərbaycanda bir əmirin oğlu idi. Atası öldüyündə anası başqa bir əmir ilə evlənmiş, eyni əmir oğulluğu Əbu Müslimə özü təlim-tərbiyə vermiş, yanında büyütmüştü. Sonra o əmiri Xorasana xidmətə göndərdilər, ailəsi ilə birlikdə getdi. Əbu Müslimi də özü ilə apardı. Əmir Xorasanda öldüyündə onun vəzifəsinə oğulluğu Əbu Müslim təyin edildi. Əbu Müslim sonralar Xorasani adı ilə tanındı
Məlumdur ki, İslam xilafətinə rəhbərlik Əməvilər dövründə İslamın coğrafiyası genişləndi. Əvvəllər Ərəblər üsütünlük təşkil edirdisə, indi digər xalqların sayı artdı. Əməvilərin zülmü artdıqca onlara qarşı üsyanlar baş verdi. Bu üsyanlarda türklər, farslar, elə ərəblərin bir hissəsi də üstünlük təşkil edirdilər.

Bu zalım sülalədən xilas olmaq sanki qeyri-mümkün idi. Belə bir vəziyyətdə Azərbaycan türkü Əbu Müslim Azərbaycan, Xorasan, Baktriya və Xarəzm türklərini başına toplayıb «hakimiyyət peyğəmbər evinə» deyərək Xorasanda üsyan bayrağını qaldırdı. Bir ilin içində Türküstandan, Merakeşə (Məğrib) qədər bütün ölkələrdə Əməvilər darmadağın edildi.

Onun rəhbəri olduğu qüvvələr Əməviləri yıxıb hakimiyyətə Abbasiləri gətirdilər. Abbasilər hakimiyyətə gələndən sonra vədlərini unutdular. 748-749-cu ildə Xorasanda hazırlanmış plan əsasında və qərbi İranın Mərv şəhərindən start götürən qiyamla iki haşimi qəbiləsi – Abbasilərlə (başçısı Əbül-Abbas İsfəhani) Şiələr (başçısı əbu-Müslim Xorasani) birləşərək, sonuncu əməvi xəlifəsi olan II Mərvanı öldürürlər (II Mərvan Hz.Osmanın bacısının nəticəsidir) və Bağdadda hakimiyyəti ələ alırlar («Abbasi»lərin mənşəyi Peyğəmbər s.-ın və Hz.Əli ə.s.-ın əmisi Abbasla əlaqədardır. Bu sülalənin ən məşhur nümayəndəsi sonradan Harun-əl-Rəşid oldu; Şiələrsə Peyğəmbər s.-ın digər əmisi və Hz.Əlinin (ə.s.) atası Abutalib nəslinin hakimiyyətdə olmasını dəstəkləyənlərdir). Müqaviləyə əsasən əl-Abbas övladları ilə Şiələr hakimiyyəti ələ aldıqdan sonra koalision hökumət yaratmalı və xilafəti paritet əsaslarla idarə etməli idilər. Lakin Abbasilər Şiələrin köməyi ilə hakimiyyəti ələ aldıqdan sonra onları aldadıb, onlarla ittifaqı pozdular və Şiələri vəzifə bölgüsündən kənarlaşdıraraq, sonradan 508 il (750-1258) davam edəcək Abbasilər sülaləsinin əsasını qoydular.

Bir çox adlı-sanlı, əslən türk olan sərkərdələr, o cümlədən Əbu-Müslim məhv edildi. Sonra Abbasilər Əbu Müslimin xalq kütlələri arasında artan nüfuzundan qorxaraq, onu hakimiyyətin devrilməsində təqsirləndirib, 755-ci il fevralın 15-də xəlifə əl-Mənsurun əmri ilə edam etdilər. Əbu Müslimin qətli Xilafətin bütün ərazisində, o cümlədən Azərbaycanda da Abbasilərə qarşı üsyanlara səbəb oldu. 
Və bu üsyan içərisində Babəkin başladışı Hürrəmiyyə daha uzun müddət davam elədi. Babəklə bağlı nə yazılıbsa, hamısı ərəb qaynaqlarındadır. O çağlarda Babəkin şəxsiyyəti, getdiyi yol, xürrəmilərin fəlsəfəsi, istəkləri, bütövlüklə ulusumuzun özgəçiliyə qarşı ilk böyük dirənişi ilə bağlı özümüzünkülərin yazdığı və bugün yararlana biləcəyimiz çox az şey var. Lakin ərəb mənbələrində də müəlliflərin bəzi fikirlərində həqiqətlərə rast gəlmək olar. İlk olaraq Hürrəmilər kim idilər. Niyə onları belə adlandırıdılar.

Cənubi Azərbaycan ərazisində erkən orta əsrlərdə xürrəm dini cərəyanının mənşəyi və əsl mahiyyəti hələ də açılmamış vəziyyətdə qalır və tarixşünaslıqda səhv olaraq farsmənşəli hərəkat sayılır. Əslində bu dini cərəyanın kökləri məhz türk maqlarla əlaqədardır. Qədim türkmənşəli irem, irim, ırım – ―”qabaqcadan xəbər vermək”, ―”peyğəmbərlik etmək” ―”falaçma”, ―”falabaxma”,”ovsuna, caduya, sehrə inam” və i. a. Sözü fars dilində əvvəlinə ―”h” səsi əlavə olunmaqla ―”hürrəm”, ―”xürrəm” şəklinə salındığına görə, onu hur, xur ―”günəş” sözü ilə bağlamışlar.

Mütəhhər əl- Müqəddəsi bunu belə deyir: Xürrəmilər maqların bir gözüdür. Əbül- Fərəc ibn əl- Cövzi, İbn əl- Əsir də məzdəkilərin maq olduqlarını yazırlar. İbn Əl-Əsir yazır ki, xürrəmilər Məcus, yəni Maq tayfasının bir dəstəsidir. İbn ən-Nədim yazır: “Hürrəmilərin dini etiqadında qətl, əzab və savaş yox idi, onlar bütün bunların nə olduğunu bilmirdilər."

Maqlar – mannalar türk dilli etnos kimi Azərbaycan türklərinin etnogenezində böyük rol oynamışlar. Maqların Azərbaycanın hər iki hissəsində, hətta Dərbənd bölgəsində yaşadığını maq (muq) etnonimini əks etdirən toponimlər təsdiq edir. Azərbaycan tarixində maqlar böyük rol oynamışlar. Er. əv. 521-ci ildə fars hakimiyyətinə qarşı Qaumatın üsyanı və Babəkin başçılığı ilə ərəb işğalçılarına qarşı uzun müddətli) məhz maqlarla bağlıdır.

XVIII-XIX əsrin məşhur Azərbaycan səyyahı coğrafişü- nası Hacı Zeynalabdin Şirvani «Büstanüs səyyahə» (Səyahət bostanı) adlı əsərində Muğan adının mənşəyinə toxunaraq yazır: «Elə deyirlər ki, oranı Muğan adlı bir adam bina etmişdir və bəziləri deyirlər ki, oranı muğlar və möbüdlər abad eləmişdir, bəziləri də bu fikirdədir ki, Gəncə, Qarabağ, Bərdə Muğan şəhəridir». Coğrafiyaşünas alim R.M.Yüzbaşov Hacı Zeynalabdin Şirvaninin bu fikri ilə qismən razılaşaraq qeyd edir ki, Muğan şəhərinin ilk sakinləri muğ qəbiləsinə mənsub əhalidən ibarət olmuşdur.

Er. əvvəl 521-ci ilə mənsub Bisütün qaya yazısında və Herodotun əsərində saklar ―”şiş papaqlı” lar adlandırılır: onların kişiləri keçdən tikilən, dik dayanan, konusvari hündür papaqlar qoyurdular. Belə papaq növü məhz türk xalqlarında mövcud olmuşdur. (Mənbələrdə qeyd olunur ki, Babək ucu şiş xəz papaq qoyurdu). XVIII əsrə aid mənbədə başqırdlarda Babək şəxs adı çəkilir onun türkcə baba – ―”ata”, ―”atanın atası” sözündən olması yazılır (Галяутдинов И. Г. Ономастикой «Тарихнама-и булгар» Таджет-дина Ялсигулова. «Башкирская этнонимия». Уфа, 1987, səhifə- 111). Başqa türk xalqlarında ―”baba”sözünün nəvazişli Babak və Babakay formaları da vardır. Bir sıra ərəb mənbələrində yalan olaraq qeyd olunur ki, guya Babəkin əsl adı müsəlman adı olan Həsən imiş. Qeyd edim ki, Məsudidən başqa müəlliflər bu faktı yazmırlar. Lakin, müasir təqdiqatçılar (Əlirza Xələfli, Fikrət Nəsrəddinzadə, Məzahir Alıyev və b.) öz məqalələrində qeyd edirlər ki, bu ad ərəb tarixçiləri tərəfindən təhrif olunub və əslində onun ilk adı Əsən (ya da Əhsən) olub. Bu köklü turk sözünə 5 min ildən çox tarixi olan Dədə Qorqud eposunda da çox rast gəlinir. XVIII əsr mənbələrində başqırdlarda Babək adı çəkilir və qeyd edilir ki, Babək Əsənin sonrakı adı idi. ƏSƏN-özü Sağlam, salamat, günrah, 2) təmiz, saf, xalis , 3) zəkalı, ağıllı, kamallı kimi izah edilir. Qədim adlardan biri sayılır.

Əbu Hənifə Dinəvari özünün Əxbar-ət-tival əsərində yazır: «Bir çoxları Babəkin əsl nəsibi və məsləki haqqında müxtəlif fikirlər irəli sürür. Mənə məlum olan budur ki, o, Əbu Muslimin qızı Fatimənin oğlu Mütəhərrin övladlarından biridir… Aydındır ki, ibn-əl-Əsirin Babək haqqında yazdığı böhtanlarda məqsədi onun mənsub olduğu xalqa böhtan atmaq idi… Bu dinin (yəni «Xürrəmidin) tarixi haqqında məlumat gəlib bizə çatmamışdır. Kitablarda onların məsləki haqqında yazılanlar da qərəz və böhtan xarakteri daşıyır… Məzdəkilər haqqında yazılmış böhtanlar bunların haqqında da deyilmişdir.

İmam Fəxri Razi "Etiqadatu firəng-əl-Müslimin vəl-müşrikin” adlı kitabında yazır: "Babəkilər Babəkin tərəfdarı idilər. Babəkin özü isə azərbaycanlı idi. Onun qudrəti üzün müddət artmaqda idi... Onların dediklərinə görə Allahı ancaq həqiqi bir müəllimin sözü ilə tanımaq olar”. Bu sözləri təhlil etdikdə görürük ki, Babəkin dediyi həqiqi müəllim şiə təriqətli müsəlmanların imamlarıdır. Deməli Babəkin özü Əli (ə)-ın tərəfdarı olmuşdur. "Onların (yəni Babəkin tərəfdarlarının) dediklərinə görə, həccə getmək – İmamın yanına getmək deməkdir. İmkanı olan hər bir şəxs mütləq onun xidmətinə getməli və onu görməlidir. Onlar deyirlər ki, haram elə bir tayfadır ki, ona qarşı gərək düşmənçilik edəsən. Ona nifrət bəsləyib, lənət oxuyasan” (Bax: Səid Nəfsi "Babək” s. 18).

İngilis tədqiqatçısı Tədqiqatçı E. Rayt (E. M. Wright) öz elmi məqaləsində (Babak of Badhdh and al-Afshin during the years A.D. 816-841.) yazır ki, iddianın əksinə olaraq, Babəkin Papək ya digər fars adlarıla heç bir əlaqəsi yoxudur. Əslində “Babək” deyil, bəlkə “Bay Bək” əsil türk adıdır. Əski türkcədə “Bay Bək” zamanla sadələşib Babək olsa da, hal hazırda Bay Bək əskidəki olduğu kimi Altay və Tuva türklərində Bay Bək yazılır və oxunur. Ancaq Azərbaycan dilində sadələşib, Babək olubdur.

X əsr müəllifləri Əbu Peyhan Biruni və Xətib Təbrizi tərəfindən işlənmişdir, Babək üsyanı ilə əlaqədar məlumatlarda XI əsrin görkəmli Azərbaycan filosofu Əbülhəsən Bəhmənyarın Babəki ―”azərbaycanlı” ərəbcə ―”əl Azərbaycan” adlandırması məlumdur).

Roger M. Savory- Encyclopaedia of Islam, "Kizil-Bash", Online Edition 2005 kitabında yazılır: "Qızılbaşlar" Xürrəmilərin ruhani nəvələrindən başqa bir şey deyildilər.
Arthur Christensen "Le Régne du roi Kawadh et communisme mazdakite" København nəşr evininin 1925ci il nəşrində yazılır:

Babəkin başçılıq etdiyi Məzdəkilər və hürrəmilər mani-şaman dünya görüşlü, ələvi inanclı bir hərakat idi ki, Abbasilər xilafətinə qarşı yönəlmişdir. Bu hərəkatın içində müxtəlif inanc və xalq icmaları (Fars, Türk, Kürd,, Bizans Rum, Ermeniler-Paulikienler, Ərəb, Arami və s). var idi.

Son olaraq qeyd edim ki, ordusunda tarkanlar və alplar olan bir sərkərdə necə qeyri türk ola bilərdi, yaxud Məsudinin dili ilə desək “Babək hərəkatı möhtəşəm bir hərəkata çevrilmiş, onun təsiri (nüfuzu) olduqca böyümüş, ordularının sayı о qədər çoxalmışdı ki, az qala Abbasilər xanədanını məhv etmişdi”. Hətta XI əsr ərəb müəllifi Əbu Mənsurun sözlərinə görə isə Azərbaycanın cənub hissəsində Babəkin tərəfdarlarının sayı 300 min nəfəri ötürdü.

Bu qədər insanın qeyri müsəlman olması nə qədər inandırıcı görünə bilər. Babəkin rəhbər olduğu Xürrəmilərin şüarlarında torpaq və istehsal vasitələrini hakim təbəqələrdən almaq, ədalətsizliyin kökünü sosial və mülki bərabərsizlikdə görürdülər. Xürəmilər ümumi bərabərlik uğrunda mübarizə apararaq nemətlərin insanlar arasında bərabər bölüşdürülməsini, ədalətli cəmiyət qurulmasını tərəfində idilər. Onlar mili əsarətə qarşı çıxaraq Azərbaycanın istiqlaliyətini bərpa etmək uğrunda mübarizə aparıdılar. Xürrəmilərin əsas şüarı bu idi: “SOSIAL və MÜLKI BƏRABƏRLIK!” Mütəhhər əl- Müqəddəsi və ibn İbri yazır ki, təkcə atlıların sayı Babəkin qoşununda 20 min nəfər idi. Babəkin başlıca məqsədi Azərbaycanda, sonra digər viləyətlərdə ərəb hakimiyyətini məhv etməyə tabe idi.

Ərəb hakimiyyəti-islam dinini yox!! İslam dininə qarşı vuruşan bir hərakatın yerləşdiyi Bəzz qalasından “Siyasətnamə” əsərində deyildiyi kimi niyə “Azan” səsi gələ bilərdi?

Yaxud Ərəb mənbələrində qeyd olunur ki, Babək Afşinin qərəgahına gətirilən zaman onun Bəzzdə saxladığı minlərlə ərəb əsiri iki cərgəyə düzmüşdülər. Və Babək bu dar sıranın arası ilə gətirilirdi. Qoşun başçılarının gözlədiyinə qarşı əsirlər nəinki onu təhqir etmədilər, əksinə onun məğlubiyyətinə ağlayaraq qarşısında baş əydilər. Necə ola bilərdi ərəb kafir önündə baş əyir?

Yaxud “Xürrəmilərin yaşadıqları dağlıq hissədə isə çox çətin, keçilməz dağlar var idi. Babək orali idi. Kəndlərində məscid var, onlar “Qurani-Kərim” oxuyurlar”,- deyə əl-İstəhri Əbu İshaq əl-Farsi yazardımız? Yaxud “Xürrəmilər Babəkin tərəfdarlarıdır və “Qurani-Kərim” oxuyurlar”,- X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl öz yazılarıda bu sözləri qeyd edərdimi?

Yaxud Türkiyədə Dr. Enver Uzun yazır ki, orta əsrlərdə Azərbaycanda belə bir and var idi-“And olsun Babəkin qanlı üzünə”-Bu qədər faktlar və sənədlər ola-ola Babəkin qeyri türk, kafir və dövlət başçısı kimi qəbul etməmək nəyə lazımdır. Hansı məqsədlərə xidmət edir? Necə ola bilər Babək sovet dönəminin təxəyüllü olsun.
Son olaraq Babəklə bağlı fikrimizi onunla Əfşin arasında gedən dialoqla bitirmək istərdim.

Əfşin Babəki çağıtdırıb dedi:
”Bir halda ki mən səninlə birgə yola düşmək niyyətindəyəm, onda fürsətdən isitfadə edib, de görüm, Azərbaycan torpağında son istəyin nədir?” 
Babək cavab verdi: ―Mən öz şəhərimə baxmaq istərdim (əl-İstəxri)

Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv