Bakı, 10 oktyabr, Xəzərİnfo, Cəmiyyət. “AtaTravel” MMC-nin tur operatoru Rəvan Əhmədov və “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova oktyabrın 9-da baş tutan III “Prime Travel Market 2018” tədbirində iştirak ediblər.
Xəzərİnfo xəbər verir ki, onlar xarici turizm şirkətlərinin nümayəndələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və eyni zamanda gələcək fəaliyyətin inkişafı üçün təcrübə və fikir mübadiləsi aparıblar.
Tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan, Çexiya, Sloveniya, Belarus, İtaliya, İspaniya, İsveç, Almaniya, Hindistan, Meksika, Türkiyə, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika ölkələrindən xarici turizm şirkətlərinin nümayəndələri iştirak ediblər. Növbəti dəfə “Prime Travel Market” tədbirinin keçirilməsi 2019-cu ilin mart ayında planlaşdırılır.
Qeyd edək ki, tədbir “AtaTravel” MMC Prime Consulting şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə keçirilir.
“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.
Ziya İKRAMLI
- Xəstəxanalarda yeni doğulanlara süni uşaq qidaları verilməməlidir - UNICEF
- "Qəbir yerlərinin satılmasının qarşısı alınacaq" - DÖVLƏT KOMİTƏSİ
- "DGK bu il 30-dan çox korrupsiya faktı aşkar etdi" - Səfər Mehdiyev
- Mübarizə "qatil" deyən psixoloqla bağlı Mədət Quliyevə MÜRACİƏT EDİLDİ
- Bakıda II Avrasiya Hüquq Qurultayı keçirilir
- Dövlət Yol Polisi İdarəsindən yağışlı hava ilə əlaqədar xəbərdarlıq
- Kafi əsas qanunu nədir?
- Psixoloji eqoizm niyə diqqət çəkir?
- Nikola Tesla kimdir?
- Orta əsrlərdə hər kəs dünyanın düz olduğunamı inanırdı?
- Xərçəngin Təkamülü
- Kürdəmir bazarındakı geyim mağazasında narkotik satan şəxs tutulub
- Autizmli uşaqlarda hansı xüsusiyyətlər olur? – PSİXOLOQ MƏSLƏHƏTİ
- Təbriz şəhərinin tarixi
- “Bizdə olan tualetlər bu gün də Moskvada yoxdur” - Telman İsmayılov