Valyuta.com



   



Bakı, 10 oktyabr, Xəzərİnfo, Cəmiyyət. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində İKT sektoru üzrə investisiya qoyuluşu 69 faiz artaraq 225 milyon manat olub.

Xəzərİnfo AzərTac-a istinadən xəbər verir ki, bunu Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin ilk 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. 

Ramin Quluzadə, sektorun gəlirlərinin 1,1 milyard manatdan 1,2 milyard manata yüksəldiyini, gəlirlərin artım tempinin isə 7,7 faiz təşkil etdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun 2017-2018-ci il hesabatına əsasən, Azərbaycan internet istifadəçilərinin faizinə görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdədir: "Ölkəmiz bu göstərici üzrə dünyanın orta göstəricisindən 1,7 dəfə, MDB ölkələrinin orta göstəricisindən isə 1,2 dəfə öndədir".

Nazir qeyd edib ki, hesabat dövrü ərzində ölkədə beynəlxalq internet kanallarının ümumi tutumu 820 qeqabitədək artırılıb: "Beynəlxalq səs trafikinin etibarlığını və təhlükəsizliyini təmin etmək məqsədilə cari ildən etibarən Beynəlxalq Telefon Stansiyasının üç ehtiyat sistemi istismara verilib".

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv