Valyuta.com



   



Bakı, 10 oktyabr, Xəzərİnfo, Siyasət. Bundestaqın sağçı radikal AFD fraksiyası AFR hökumətinə "Almaniya-Ermənistan münasibətləri" mövzusunda kiçik sorğu göndərmiş və sorğuda, həmçinin Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb.

Xəzərİnfo Agyol.az-a istinadən xəbər verir ki, AFR hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunub ki, "Almaniya-Ermənistan münasibətləri" anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma "Dağlıq Qarabağ Respublikasını" tanımır". Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib.

Həmçinin sorğudakı "AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?" sualına hökumət "Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir" cavabını verib.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv