Valyuta.com



   



Bir musiqi bəstələ,

ruhumun dərinliklərində xatirələrim oyansın.

Bir musiqi bəstələ,

gözəl bir musiqi.

Alsın öz ağuşuna və aparsın məni uzaqlara,

lap uzaqlara…

Hansı ki, orada nə qəm, nə kədər var.

Hansı ki, orada yalnız gözəl xatirələrimlə dolu bir dünyam var,

kiçik bir dünyam...

Bir musiqi bəstələ...

Quş kimi süzə bilim sədaları altında.

Elə bir musiqi bəstələ ki,

o səslənən zaman sən düşəsən yadıma;

sənli günlərim,

xoş xəyallarım,

arzularım,

duyğularım,

xatirələrim...

 

Əl-ələ tutub gəzək bu dünyanı.

Gedək lap uzaqlara...

Bir musiqi bəstələ, həzin bir musiqi...

Sözsüz, lakin səslənəndə bütün xatirələrimi oyada bilən bir musiqi...

Bəstələ, bəstələ...

Sadəcə bir musiqi bəstələ...

Vəfa Bağırzadə




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv