Valyuta.com



   



Türkiyə prezidenti: “Qərb Afrikada 100 minlərlə insanı qətlə yetirdi, hesab vaxtıdır”

 

Bakı, 10 oktyabr, Xəzərİnfo, Region. “46 Afrika ölkəsi ilə ticarət və iqtisadiyyat müqaviləsi imzaladıq. Bu günlərə çirkli bazarlıqla deyil, bədəl ödəyərək gəlmişik. Ölkələrimizi təzyiqdən xilas edək. Gəlin, yerli və milli pulla iş görək”.

Xəzərİnfo Avropa.info-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İş Forumunda etdiyi çıxışı zamanı deyib. Ərdoğan Qərb ölkələrinin Afrikada törətdiyi qətliamları xatırladıb.

“Hakimiyyətə gələndə Afrikada 12 səfirliyimiz vardı, bu gün Afrikada 41 səfirliyimiz var. Qarşılıqlı hörmətə əsaslanan münasibətlərimizi davam etdiririk. Afrika qitəsinin tamamilə əməkdaşlığımızı gücləndirmək niyyətindəyik. Göstərdiyimiz səylərin meyvələrini müxtəlif sahələrdə toplayırıq. 21 müxtəlif Afrika ölkəsini ziyarət etdik. TİKA bütün qitə miqyasında inkişaf yardımı fəaliyyətləri aparır. 50-yə yaxın Afrika ölkəsində 5 min tələbə Türkiyədə bakalavr, magistratura və doktorantura təhsili alır. AFAD, Qırmızı Aypara qitənin müxtəlif bölgələrində varlıq göstərir.

Podratçılarımız Afrkiada 65 milyard lirəlik 1150 layihə həyata keçirir. 46 Afrika ölkəsi ilə ticarət və iqtisadiyyat müqaviləsi imzaladıq. 12 ölkə ilə ikiqat vergitutmanın qarşısının alınması müqaviləsini imzaladıq. Böyük qismi qüvvəyə mindi.Ticarət dövriyyəmiz 2003-də  3,7 milyarddan hazırda 20,6 milyarda yüksəlib. Bizi tənqid edənlər İsrailə səssiz qalarkən, Afrika ölkələri Fələstin davasına sahib çıxdı. Bir çox ölkə FETÖ-yə qucaq açıb, lakin Afrika bunu etmir. Qərb ölkələri qaçqınları aclığa, ölümə buraxarkən, Afrika kimi məhdud gəliri olan ölkələr qaçqınlara qapılarını açır.

Afrika ölkələri haqq etmədikləri rəftarla üzləşir. Afrikada 10 minlər 100 minlər öldürülmədimi ? Bunun hesabını soruşan varmı? Yox. Bu qətliamları törədənlər özlərini ən müasir, ən mədəni ölkələr sayırlar. Somalidə Orta Afrikada insanlar ölümə məhkum edilmədimi ? Bu qardaşlarımızın öz taleləri haqqında söz söyləmək hüquqları varmı? Gəlin verək əl-ələ, addımlarımızı ataq qazandıqlarımıza ölkələrimiz hakim olsun. 

Yerli və milli pulla ticarət edək. Bütün afrikalı qardaşlarımıza müraciət edirəm. Ölkələrimizi valyuta məzənnə təzyiqindən azad edək. Rusiya, Çin, İran kimi ölkələrlə bu məsələdə müəyyən qədər məsafə qət etdik. Sadəcə baş ticarət partnyorlarımızla deyil, bütün ölkələrlə milli valyutalar üzərindən ticarəti etməyə hazırıq. Bütün ölkələrlə milli valyutalar üzərindən ticarət etməyə hazırıq. Problem mentaliteti dəyişməkdir”, - deyə Ərdoğan belə deyib.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv