Valyuta.com



   



Bakı, 11 oktyabr, Xəzərİnfo, Mədəniyyət. Noyabrın 15-də Heydər Əliyev Sarayında Xalq artisti Yalçın Rzazadənin yaradıcılığının 50 illiyinə həsr olunmuş gecə keçiriləcək.

Xəzərİnfo AZƏRTAC-a istinadən bildirir ki, konsert proqramında Xalq artistləri Brilliant Dadaşova, Mübariz Tağıyev, Azər Zeynalov, Samir Cəfərov, Zülfiyyə Xanbabayeva, Nazpəri Dostəliyeva, Natavan Şeyxova, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artistlər Tünzalə Ağayeva, Lalə Məmmədova, Abbas Bağırov, Nüşabə Ələsgərli, Rəşad İlyasov, Röya, Mətanət İsgəndərli, Manana və bir sıra tanınmış müğənnilər iştirak edəcəklər.

Gecədə yubilyarın musiqisevərlər arasında sevilən və tanınan “Bakı, sabahın xeyir”, “Azərbaycan”, “Anam qocalır”, “Bu gecə”, “Durnalar”, “Gün keçdi”, “Həsrətindəyəm”, “Səni axtarıram” və digər mahnıları səsləndiriləcək.

XƏZƏRİNFO.AZ




ŞƏRH YAZ


DİGƏR XƏBƏRLƏR

MAQAZİN XƏBƏRLƏRİ

Arxiv